Modern.az

4-cü dəfə deputat seçilənlər...(siyahı)

4-cü dəfə deputat seçilənlər...(siyahı)

8 Noyabr 2010, 16:41


Ötən ay Azərbaycan öz müstəqilliyinin 20-ci ilinə qədəm qoydu. Dünən isə müstəqil Azərbaycan Respublikası 4-cü çağırış Milli Məclisə seçkilər keçirdi. 1995-ci ildən bu yana cox sular axıb durulub, bu illəri Milli Məclis kreslosunda keçirən millət vəkilləri az olmayıb. Biz onların əksəriyyətini bu 15 il ərzində daim efirlərdə, qəzet səhifələrində görmüşük. Onları dəyişmirlər və qarşımızdakı 5 ildə də deputat kimi fəaliyyət göstərəcəklər.

Modern.az araşdırma apararaq artıq 4-ci dəfə deputat ola bimiş şəxslərin siyahısını aydınlaşdırıb. Beləliklə...


1995-ci ilin soyuq noyabrında Milli Məclisə keçirilən seçkilərdə 1 saylı Şərur-Sədərək dairəsindən deputat seçilən Naxşıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov o vaxtdan indiyədək - artıq 15 ildir- Azərbaycan parlamentinin üzvüdür. Bu illər ərzində o, xüsusi hallarda parlamentin işində qatılıb. Dünən o yenə seçildi...

Parlamentin nüfuzlu deputatlarından sayılan Eldar İbrahimovun depuatatlıq stajı 95-ci ildən də o yana gedir. Bu illər ərzində Eldar müəllim məşğul olduğu sahəni dəyişməyib. Millət vəkili uzun illərdir parlamentin aqrar məsələlər üzrə qurumuna rəhbərlik edib. O qarşıdakı 5 ili də parlamentdə işləyəcək...       

Siyahıda Madər Musayev də var.  O hələ uzaq 1990-cu ildə mağaza müdiri olarkən Ali Sovetin deputat kreslosunda oturmağa imkan tapıb. Və o vaxtdan indiyə qədər oturduğu yerə sadiqdir. Hacı Madər də Milli Məclisi kreslodan səssiz seyr etməyi  xoşlayan deputat olub. O, yenə də Binəqədini parlamentdə təmsil edəcək... .

Gəncədən deputat olan Asəf Hacıyev də 3 dəfə deputat seçilib. Asəf müəllim  yenə deputat oldu və qarşıdakı 5 ili də gəncəliləri parlamentdə təmsil edəcək.

Lənkəranlı seciciləri təmsil edən Hadi Rəcəbli dairəsini dəyişməyib.  İlk dəfə seckilərə bitərəf kimi qatılan Hadi müəllim sonrakı seçkilərdə Yeni Azərbaycan Partiyasını təmsil edib. O da 4-cü dəfə mandate qazananlar sırasında yer alır…    

“Şah Abbası taxda görən” deputatlardan biri də Fəzail Ağamalıdır. “Ağamalıyev” soyadı ilə 1996-cı ildə Ana Vətən Partiyasından təkrar seçki kampaniyasına qatılan Fəzail bəy namizədliyini 39 saylı Sumqayıt seçki dairəsindən irəli sürüb. Sonralar, 2000 və 2005-ci illərdə F.Ağamalı Yevlax, Salyan seçicilərini də parlamentdə təmsil edib. 4-cü dəfə parlamentə düşə bilən cənab Ağamalı salyanlıları və neftçalalıları təmsil edəcək..

Daha bir qocaman millət vəkili Fəttah Heydərovdur. O, hər üç çağırışda 61 saylı Qəbələ dairəsini təmsil edib. Bu dəfə 4-cüdür. Hələ 2015-ci ilədək Fəttah müəllim qəbələlilərin deputatı olacaq.


Şair və publisist Sabir Rüstəmxanlı 15 ildir Vətəndaş Həmrəyliyi Partiyasını və Yardımlı-Masallı dairəsini təmsil edirdi. Cənab Rüstəmxanlı 90-cı illərin bütün qızğın siyasi proseslərində üzdə olan siyasətçi olub. Müstəqillik Aktına səs verənlərdən biri olan VHP sədri bu illər ərzində kreslosunu qoruyub saxlaya bilib. Sabir bəy bu dəfə də ənənəsini qotuya bildi.

Ölkədə qiymətləndirmə üzrə peşəkar mütəxəssis olan Xanhüseyn Kazımlı da parlamentin stajlı millət vəkillərindəndir. Düzdü, o, Milli Məclisə bir qədər gec- 1999-cu ildə gəlib. Həmin ilin may ayında yeni seçki keçirilib və cənab Kazımlı deputat mandatı qazanıb. Elə dünənki seçkidən sonar da onun adını qaliblər sırasına yazdılatr, 4-cü dəfə..

Milli Məclisin “ilk pionerlərindən” olan Arif Rəhimzadə isə elə ilk seckidəcə Milli Məclisin sədrinin müavini postuna gətirilib. İki çağırışda bu postu tutan cənab Rəhimzadə indi MM-in Reginoal məsələlər komitənin sədridir. A.Rəhimzadə 4-cü dəfə də seçildi. O, Modern.az-a bildirib ki, yeni parlamentdəd də komitə sədri olmağa çalışacaq. 


Milli Məclisin ən yaşlı deputatı olan Cəlal Əliyev artıq parlamentin “fəxri kürsüsündə” oturur. Cəlal müəllim 4-cü dəfə mandat qazanıb və 2015-ci ilədək Milli Məclisdə olacaq.

SSRİ xalq artisti Zeynəb Xanlarova 1995-ci ildən bu yana parlamentin üzvüdür. Zeynəb xanımın növbəti seçkilərdə də qalib gəlib və 4-cü beşillikdəd əd mandat sahibi olacaq.


Parlamentin digər stajlı deputatı Zəngilandan olan millət vəkili İmamverdi İsmayılovdur. İclaslarda çox nadir hallarda danışan İ.İsmayılov da qarşıdakı 5 ili parlamentdə keçirəcək.           

Daha bir deputat Mixail Zabelin l5 ildir ki, rus icmasını parlamentimizdə dinməz-söyləməz təmsil edir. Daha 5 il təmsil edəcək və onun da deputatlıq müddəti 2015-ci ilədək sürəcək..   

1995-ci ildən bəri siyasi karyerasını inkişaf etdirməyi bacaran millət vəkillərindən biri də Ziyafət Əsgərov olub. 1997-ci ildə deputat Fuad Quliyev baş nazir  təyin edildikdən sonra 34 yaşlı Ziyafət Əsgərov onun deputat yerini tutub. Daha sonra cənab Əsgərov Milli Məclisin birinci vitse-spikeri postuna qədər gəlib. İndi yenə seçilib. 4-cü dəfə…


1995-ci ildə Azərbaycan Demokratik İstiqlal Partiyasının üzvü kimi deputat seçilən, sonralar Yeni Azərbaycan Partiyasının sıralarına keçən Mübariz Qurbanlı da 15 ildir parlament kreslosunda əyləşir. Amma daha 5 il orda əyləşmklə rekordunu 20 ilə çatdıracaq.


Beləliklə onlar 15 il idi deputat mandatı gəzdirirlər, daha 5 il də gəzdirəcəklər. Bu illər ərzində bütün siyasi fırtınalardan keçən bu şəxslər 4-cü çağırış seçkilərində öz yerlərini qorumağı bacardılar. 

Sizə 1995-ci ildə müstəqil Azərbaycanda keçirilmiş ilk parlament seçkilərində deputat mandatı qazanmış və indiyədək parlament kreslosunda oturan deputatların siyahısını təqdim edirik. Onlar 4 dəfə -1995-2000-2005-2010-cu illərdə Milli Məclisə mandat qazana biliblər. 

Talıbov Vasif Yusif oğlu

1960

Ali

YAP-ın üzvü

1 saylı Şərur-Sədərək

Majoritar –12.11.1995

Qurbanov Mübariz Qəhrəman oğlu

1954

Ali

ADİP-in üzvü

6 saylı Birinci Yasamal

Majoritar – 12.11.1995

Musayev Madər Ələsgər oğlu

1947

Ali

Bitərəf

23 saylı Binəqədi–Qaradağ

Majoritar –12.11.1995

Hacıyev Asəf Hacı oğlu

1951

Ali

Bitərəf

34 saylı İkinci Nizami (Gəncə)

Majoritar – 04.02.1996
(təkrar seçki)

Rəcəbov Hadı Musa oğlu

1947

Ali

Bitərəf

36 saylı Lənkəran kənd

Majoritar – 12.11.1995

Ağamalıyev Fəzail Rəhim oğlu

1947

Ali

AVP-nin üzvü

39 saylı İkinci Sumqayıt

Majoritar – 04.02.1996
(təkrar seçki)

Heydərov Fəttah Səməd oğlu

1938

Ali

Bitərəf

61 saylı Qəbələ

Majoritar – 12.11.1995

Rüstəmxanlı Sabir Xudu oğlu

1946

Ali

VHP-nin üzvü

70 saylı Yardımlı–Masallı

Majoritar – 12.11.1995

Kazımlı Xanhüseyn Hüseynağa oğlu

1942

Ali

ASRP-nin üzvü

 

 

Majoritar–30.05.1999
(yeni seçki)

 

Rəhimzadə Arif Qafar oğlu

1941

Ali

YAP-ın üzvü

79 saylı Neftçala –Salyan

Majoritar – 12.11.1995

 

Əliyev Cəlal Əlirza oğlu

1928

Ali

Bitərəf

81 saylı Saatlı

Majoritar – 12.11.1995

Xanlarova Zeynəb Yəhya qızı

1936

Ali

Bitərəf

86 saylı Tərtər

Majoritar –12.11.1995

İsmayılov İmamverdi İbiş oğlu

1958

Ali

Bitərəf

95 saylı Laçın–Zəngilan–Qubadlı

Majoritar –12.11.1995

 

Zabelin Mixail Yuryeviç

1946

Ali

YAP-ın üzvü

Yeni Azərbaycan Partiyası

Proporsional -12.11.1995

İbrahimov Eldar Rza oğlu

1945

Ali

YAP-ın üzvü

Yeni Azərbaycan Partiyası

Proporsional -12.11.1995

Əsgərov Ziyafət Abbas oğlu

1963

Ali

YAP-ın üzvü

Yeni Azərbaycan Partiyası

Proporsional -28.10.1997


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir