Modern.az

İŞİD-in yataq otağı cihadçıları

İŞİD-in yataq otağı cihadçıları

Dünya

18 Dekabr 2014, 21:25

“CBS News” “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı yaraqlılarının internet vasitəsilə ünsiyyət quraraq təşkilata qatılan Qərbdən olan gənc qızların həyatlarına dair çox mühüm bir məqalə hazırlayıb.

Modern.az xəbər verir ki, son aylarda sosial mediada tez-tez ön plana çıxan 16 yaş ətrafındakı Qərb ölkələrində yaşayan qızların, Suriya və İraqdakı İŞİD yaraqlılarının əksəriyyəti ilə internet üzərindən qurduğu ünsiyyətdən sonra sanki istifadə edilmək üçün təşkilata daxil edilməsinin ardından yaşadıqları, artıq demək olar tanış bir əfsanə halına gəlib. Böyük bir eşq yaşadıqlarını və çox fərqli bir məqsəd üçün mübarizə etdiklərini düşündükləri, həyatlarının tamamilə başqa bir istiqamətdə dəyişəcəyini zənn edən bu qızların İŞİD yaraqlılar ilə nişanlanmasından sonra İŞİD-in yerləşdiyi ərazilərə səyahəti tam bir ziyan və çox zaman ölümlə nəticələnir.

“Yataq otağı cihadı”  

ABŞ-ın məşhur xəbər agentliklərindən “CBS News”un hazırladığı məqaləyə görə, əsasən orta siniflərdən gələn, təhsilli, Qərb qızlarının İŞİD yaraqlıları ilə yaşadıqları evliliklərin sayının sürətlə artması nəticəsində ortaya fenomen bir fikir çıxıb: “Yataq otağı cihadı”.  

Gənc qızların bu səhvinə nə səbəb olur?  

Məqaləyə görə, bloqlar və sosial mediada, bu gənc-qərbli qadınlar İŞİD-ə qatılmaqla həyatlarını məhv etməyə doğru atdığı addımın fərqinə varmadan əvvəlcə öyünürlər. Bu yanaşmaları, psixoloji olaraq öz həyatı haqqında öyünəcək bir şey yaratmaq arzusundan irəli gəlir. Əvvəllər silahlarla pozalar verən bu gənc qadınlar, sonra isə təşkilat üçün yemək hazırlamaq, qab-qacaq yumaq kimi nökərçiliklə əvəz olunur.

Şotlandiyada oxuyurdu, “cihad gəlini” oldu  

Qlazqoda (Şotlandiya) radioloji istisası üzrə oxuyan, İŞİD üzvü olan bir yaraqlı ilə evlənmək üçün Suriyaya gedən 20 yaşlı Aksa Mahmud, ilk əvvəl yeni evlərindəki həddən artıq şiddət dolu həyatlarından zövq alır, xoşbəxt olurmuş kimi göründüklərini, daha sonra işlərin rənginin dəyişdiyini bildirib.   Ümmü Layth adında bir Twitter istifadəçisi İŞİD-lə bağlı tweetinde “Woolwich, Texas və Bostondakı qardaşlarınızın nümunələrini izləyin”,  - yazıb və əlavə edib: “Vuruşmaqla, müharibə üçün bir şeylər etməklə, müharibəni özünüzə qarşı çevirmiş olursunuz”. Amma nədənsə, sosial mediada İŞİD-ə qoşulduqdan sonra tez-tələsik nə etdiyi, özünü necə bir təhlükəyə atdığının fərqinə varan gənc qadınların hekayələri görünmür, bu qadınlar nədənsə sosial mediada bölgü aparmır, səsləri o qədər də eşidilmir.  

İŞİD-ə qatılan gənc qəzların dəhşətli hekayələri  

“CBS News” qısa bir müddət əvvəl, 6 ayını Suriyada keçirən türk fəhlə Abdullah ilə görüşüb. Abdullah son zamanlar əlaqə qurduğu, faslı qız dostu ilə kömək istəyən 16 yaşlı ingilis qızı “CBS News”a bildirib: “Çox kefsizəm. Mənə ehtiyacı olduğunu və qaçması üçün kömək etməyimin lazım olduğunu söylədi. Vəziyyətini, yaşadıqlarını danışdı. İŞİD-in tutduğu şəhərdə bir subay qadınlar evində yaşadığını, kənara çıxarılmadığını və ailələrindən heç kəslə görüşdürmədiklərini danışdı. Ən böyük və qorxunc qorxusu isə zorla istəmədiyi bir yaraqlı ilə evləndirilməsidir”.  

İŞİD-dən qaçış asan deyil

Amma İŞİD-dən qaçış o qədər asan deyil, əksinə, çox da təhlükəlidir. Qadınlar, yanlarında bir kişi-qoruyucu olmadan çölə də çıxa bilmirlər. Onsuz da təşkilata gəldikleri andan etibarən pasportları əllərindən alınır. Abdullah İŞİD-in işğal etdiyi torpaqların sanki, dəmirdən bir günbəz kimi olduğunu və qaçışın haradasa qeyri-mümkün olduğunu deyib: “Hər yerdə nəzarət nöqtələri var və əsaslı bir səbəb olmadıqca kimsə sərhədlərdən kənara çıxmır!” Kömək istəyən ingilis qız və faslı yoldaşıyla əlaqədar olaraq Abdullah İŞİD-dən qaçmağı bacardıqlarını söyləyib. Lakin Abdullaya görə ondan ilk yardım istəyənlər onlar deyil. Abdullah qaçmaq istəyən 5 qızın daha ondan kömək istədiyini söyləyib.  

Modern.az


Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir