Modern.az

Binəqədi rayonu İcra Hakimiyyətində KİV-lər mükafatlandırıldı

Binəqədi rayonu İcra Hakimiyyətində KİV-lər mükafatlandırıldı

19 Dekabr 2014, 15:24

Bu gün Binəqədi rayonu İcra Hakimiyyəti, rayonun Gənclər və İdman İdarəsi, Gənclər üçün Təhsil Mərkəzi və “Mənim təhsilim, Mənim gələcəyim” kampaniyasının birgə təşkilatçılığı ilə  “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” təşkil olunub.

Modern.az xəbər verir ki, Binəqədi rayonu İcra Hakimiyyətində keçirilən forumda icra başçısı Xaləddin İsgəndərovla yanaşı, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun rəhbəri Vüsal Quliyev çıxış edərək gənclərin ictimai və maarifləndirici sahələrdə aktivliyini qeyd ediblər.

Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında gəncləri səmimi dialoqa səsləyib və onlardan hər an təklif gözlədiyini qeyd edib. Birinci hissənin yekununda isə təşkilatçılar bir sıra KİV və QHT nümayəndlərini “Təhsil açarı” mükafatı ilə təltif ediblər. Media nümayəndələri arasında Azərbaycan Dövlət Televiziyası, “Kaspi” qəzeti və Modern.az xəbər portalı adı çəkilən mükafata layiq görülüb.

Forumun ikinci hissəsi isə hazırda İcra Hakimiyyətinin konfrans zalında davam etdirilir. İkinci paneldə aidiyyətli şəxslər “Dağlıq Qarabağ həqiqətləri gənclər müstəvisində” tezisi ətrafında çıxış edib və müzakirələr aparıblar.

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı