Modern.az

KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 18 gündə 15 layihə verilib

KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 18 gündə 15 layihə verilib

20 Avqust 2010, 18:35

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2010-cu il üçün KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı avqustun 2-də elan etdiyi   müsabiqənin başa çatmasına cəmi beş gun vaxt qalır.

Vaxtın az qalmasına baxmayaraq indiyədək fonda cəmi 15 layihə daxil olub. Bu barədə Modern.az saytına  KİV-in İnkşafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli məlumat verib: “Bizim vaxtı uzatmaq fikrimiz  yoxdur, ona görə ki, avqustun 2-dən 25-nə qədər çox uzun bir vaxtdır. Bunun üçün  vaxtı uzatmağa heç bir ehtiyac görmürük”.

Fondun icraçı direktoru  onu da bildirib ki, bir ildə bir dəfə fonda  layihə təqdim edən təşkilat, həmin il ikinci dəfə yenidən fonda layihə təqdim edə bilər. Burada heç bir problem yoxdur.

Mail AGAXANOV

  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir