Arxiv
22 Avqust 2015, 09:40 | FOTOSÖHBƏT
Mərhum Prezident Elçibəy FOTOLARDA

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938 -ci ildə  Naxıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957 -ci ildə Bakı Düvlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (yanvar 1963 - oktyabr 1964). Xarici ezamiyyətdən dönərək 1965 –ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum olunub. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib. Həbsdən buraxıldıqdan sonra Əbülfəz bəy bir müddət işsiz qalıb. 1976-cı ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlib. Elçibəy 1988-ci ildən sonra alovlanan milli-azadlıq hərəkatının önündə gedib.  1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə Türkiyədə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

Əbülfəz Elçibəy tələbə yoldaşları ilə. 1962-ci il.

Misir. 1963-cü il. Sağdan birinci Elçibəydir.

Elçibəy Misirdən qayıtdıqdan sonra. 1964-cü il.
Aspirant Elçibəy (sağda) Leninqradda ezamiyətdə olarkən. 1967-ci il.
1978-ci il.
1980-ci il.
Elçibəy anası Mehrinisə ana ilə. Kələki. 1980-ci il.
1982-ci il.
1984-cü il. Soldakı Elçibəy, sağdakı Abbas Zamanovdur.
Fəvvarələr bağı, 1984-cü il. Soldan: Elçibəy, ..., Elməddin Əlibəyzadə, Əli Məmmədov, Sabir Yanardağ, Xəlil Rza Ulutürk.
1986-cı il.

Elçibəyin qardaşı Almuradın evindəki otağı. 16 noyabr 1989-cu il. 

Elçibəy, Xəlil Rza Ulutürk və Əbülfəz bəyin qardaşı Almurad ağa. Aprel 1989-cu il.
Nemət Pənahlı və Elçibəy. 1989-cu ilin mtinqlərindən biri.

Elçibəy Azadlıq meydanındakı insan seli qarşısında çıxış edir.

Elçibəyə "Türk ocaqları"nın Atatürk ödülü verilməsi ilə bağlı ziyafət. Soldan: Bəxtiyar Vahabzadə, Turan Yazqan, Elçibəy, Nihat Çətinqaya. 

Elçibəy nümayişdə. 28 may 1991-ci il.

29 avqust 1991-ci il. Mitinqdə yaralanmış Elçibəy qardaşı Almuradın evində.
Bakıətrafı bağda. Soldan: Ramiz Rizayev, Eldar Salayev, Elçibəy, Rəsul Quliyev. 1991-ci il.
Elçibəy Türkiyəyə oxumağa gedən tələbələr arasında. Sentyabr 1991-ci il.
15 may 1992-ci il.
Şeyxülislam Allahşükür Paşazadə və Əbülfəz Elçibəy. 25 yanvar 1992-ci il.
Elçibəy və İsa Qəmbər Ali Sovetdə. May 1992-ci il.

 

Hərəkat dövrünün iştirakçıları yeyib-içməkdə...

Elçibəy Alparslan Türkeşlə Azadlıq meydanında. 3 may 1992-ci il.
Prezident Əbülfəz Elçibəy and içir. 16 iyun 1992-ci il.
Elçibəy Ukrayna prezidenti Kravçukla. İstanbul, 25 iyun 1992-ci il.
Prezident Elçibəy. Sentyabr 1992-ci il.
Əbülfəz Elçibəy Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerlə görüşür.
Prezident Elçibəy Milli Ordunun ilk paradında. 9 oktyabr 1992-ci il.
Elçibəy Boris Yeltsinlə Azərbaycan - Rusiya dövlətlərarası müqavilə imzalayır. Moskva. 12 oktyabr 1992-ci il.
Ankara. 29 oktyabr 1992-ci il. Solda Türkiyə prezidenti Turqut Özal, sağda baş nazir Süleyman Dəmirəl.
Elçibəy Qırğızıstan prezidenti Əsgər Akayevlə. Ankara. 30 dekabr 1992-ci il.
Türk cümhuriyyətlərinin zirvə toplantısında. Soldan: İslam Kərimov, Elçibəy, Nursultan Nazarbayev. Ankara. 1992-ci il.
Elçibəy Ankarada hərbi təhsil alan azərbaycanlı kursantlar arasında. 1992-ci il.
Elçibəy Ankarada M.Ə.Rəsulzadənin məzarını ziyarət edərkən. 1992-ci il.
Prezidentlər Əbülfəz Elçibəy və Turqut Özal Türkiyənin Kayseri şəhərində.

Elçibəy və Heydər Əliyev. 1992-ci il.

Müğənni Ləman Can və Elçibəy "Çırpınırdı Qara dəniz"i oxuyarkən. İstanbul. 1992-ci il.

Nəsibə Zeynalovanı qəbul edərkən. 1992-ci il. 

Elçibəy Barış Manco ilə görüşərkən. TRT-nin ç

əkiliş qrupu ilə anidən AXC Ali Məclisinin sessiyasına qatılan Baris Manco Elçibəylə görüşdən sonra "Səhər" qəzetinin müxbiri İlhamə Qasımlıya müsahibə verir.

Elçibəy Eduard Şevardnadze ilə mətbuat konfransında.

Cəbhə bölgəsində. 7 aprel 1993-cü il.

Elçibəy Kələki kəndində doğma Xəlil yurdunda. 1 iyul 1997-ci il.

Elçibəy Kələkidən Bakıya dönərkən ilk müəllimi Yadulla Həsənovla (sağda) sağollaşır. 30 oktyabr 1997-ci il.

30 oktyabr 1997-ci il. Əbülfəz Elçibəy Kələkidən Bakıya dönür.

SİDSUH-un yaradılma mərasimində. 26 oktyabr 1998-ci il. Bakı.

Elçibəy köməkçisi Oqtay Qasımovun toyunda. 2 aprel 1999-cu il.

Elçibəy Flora Kərimova ilə.

Elçibəy kitablarının təqdimat mərasimi.

Əbülfəz Elçibəy və dünya şöhrətli bəstəkar Arif Məlikov. 15 iyul 1999-cu il.

Əbülfəz bəy qızı Çilənay xanımla.

Elçibəy oğlu Ərturqutla (soldakı) öz evində. 1999-cu il. 

 

Elçibəy Türkiyədə toy məclisində. Soldan 1-ci o vaxt siyasətdə o qədər də tanınmayan Rəcəb Tayyip Ərdoğan, daha sonra kinoaktyor Kadır İnanır, Əbülfəz bəy, müğənni Orhan Gencebay və Xanım Xəlilova.

Elçibəy ABŞ-ın Nyu-York şəhərində Türk yürüşündə. 20 may 2000-ci il.

Elçibəy ömrünün sonlarında.

Prezident Heydər Əliyev Elçibəyin dəfnində. Avqust 2000-ci il.

Əbülfəz Elçibəyin dəfn olunduğu  gündür.

Mərhum Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı.

  Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əsl ağdamlı Qara qayanın suyunu içməli və… 20 İyun 2019, 11:15 Bakı və Yerevan Vaşinqton görüşünə hansı gündəliklə gedir? – Rusiyalı ekspertin ŞƏRHİ 20 İyun 2019, 11:10 Bakı Ali Neft Məktəbinin startapı 2-ci oldu 20 İyun 2019, 11:07 Qərbi Kaspi Universiteti Daşkənd Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır 20 İyun 2019, 11:05 Ağcabədidə ölmüş heyvan cəmdəyini satmaq istədilər... 20 İyun 2019, 10:59 Məmur olmaq istəyənlər imtahana çəkilir 20 İyun 2019, 10:51 Qubanın ucqar kəndində  dərs deyən müəllim - VİDEO 20 İyun 2019, 10:47 İyunda 11 nəfəri ilan sancıb 20 İyun 2019, 10:37 Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanıldı 20 İyun 2019, 10:30 Deputat Rüstəm Xəlilov seçicilərin problemlərini dinlədi 20 İyun 2019, 10:26 Bakıda mövsümi meyvələrin qiyməti “od tutub yanır” - Rusiyaya aparılır... 20 İyun 2019, 10:20 Novruz Məmmədov xidməti heyətin maaşlarını artırdı 20 İyun 2019, 10:01 Sabahdan II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək 82 idmançı kimlərdir? - SİYAHI 20 İyun 2019, 10:00 Partiyaların bağlanması haqda məlumatlar dövlət reyestrinə daxil ediləcək - QƏRAR 20 İyun 2019, 09:58 UNEC-də dövlət müəssisələrinin korporativ idarə edilməsinin əsas istiqamətləri müzakirə olundu 20 İyun 2019, 09:50 Polisin axtardığı qız tapıldı - “70 yaşlı kişiyə ərə verirdilər, evdən qaçdım” - VİDEO 20 İyun 2019, 09:49 “Münaqişədən daha çox ziyan görən erməni icmasıdır” – Gəncəliyevdən BƏYANAT 20 İyun 2019, 09:48 Uşaqlarda nitq PROBLEMİ – daha çox oğlanlarda olur… 20 İyun 2019, 09:44 Baş nazir qurumların siyahısında dəyişiklik etdi 20 İyun 2019, 09:36 Ermənilər iriçaplı silahlarla mövqelərimizi atəşə tutdu 20 İyun 2019, 09:34 İran ABŞ-ın pilotsuz aparatını vurdu 20 İyun 2019, 09:04 ABŞ Dövlət katibinin müavini Qarabağ münaqişəsi barədə məlumatlandırıldı 20 İyun 2019, 08:19 Məmmədyarov həmsədrlərlə görüşdü 20 İyun 2019, 08:13 Adını “Forbes” jurnalında görmək istəyən sumqayıtlı məktəbli 20 İyun 2019, 08:09 Toğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı 20 İyun 2019, 00:54 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 20 İyun 2019, 00:42 Mingəçevir su anbarı yaxınlığındakı yanğın söndürüldü - Yenilənib 20 İyun 2019, 00:17 “Böyük inflyasiya təzyiqləri görmürük” - Samir Şərifov 20 İyun 2019, 00:01 Azərbaycan nefti bahalaşdı 19 İyun 2019, 23:45 Bakıda yeniyetmə bədbəxt hadisənin qurbanı oldu 19 İyun 2019, 23:31 Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi -  FOTO 19 İyun 2019, 23:17 Bolqarıstan parlamentinin sədri Bakıda 19 İyun 2019, 23:00 FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı 19 İyun 2019, 22:46 Fuad Abbasov aclığı dayandırdı 19 İyun 2019, 22:29 Belqradda Nəsiminin 650 illiyinə həsr olunan elmi simpozium 19 İyun 2019, 22:13