Modern.az

Azərbaycan ərazisində təbiət hadisəsi baş verib

Azərbaycan ərazisində təbiət hadisəsi baş verib

21 Dekabr 2014, 15:54

Dekabrin 21-dən Yer qış günəş duruşu nöqtəsindən keçib. Modern.az-ın məlumatına görə, bu hərəkət epliktika boyunca davam edir. Nəticədə fəsil dəyişkənliyi baş verir, payız öz yerini qışa verir.

Bu o deməkdir ki, dekabrın 21-də gecənin ən uzun, gündüzün isə ən qısa vaxtı olacaq. Xalq təqviminə görə, dekabrın 21-dən sonra təxminən 4-5 gün gecə ən uzun, gündüz isə ən qısa vaxta malik olur. Dekabrın 26-27-dən sonra isə gecə tədricən qısalmağa, gündüz isə uzanmağa başlayır. Bu proses martın 21-dək davam edir. Və martın 21-də yaz gecə-gündüz bərabərliyi baş verir.

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.

Modern.az-ın məlumatına görə, bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?