Modern.az

Parlament müxalifəti bələdiyyə seçkilərinə necə gedir: “Məntəqədəyik.., aktivlik yoxdur.., xəbərsizəm.., getməyəcəm..”

Parlament müxalifəti bələdiyyə seçkilərinə necə gedir: “Məntəqədəyik.., aktivlik yoxdur.., xəbərsizəm.., getməyəcəm..”

23 Dekabr 2014, 11:28

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səhər saat 8.00-dan etibarən məntəqələrdə səsvermə başlayıb.

Seçkilərdə parlamentdə təmsil olunan müxalifət partiyaları necə iştirak edir? Modern.az saytı bu sualla siyasi təşkilatlara müraciət edib. 

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bələdiyyə seçkilərinə günorta qatılacağını deyib. “Biz hazırda məntəqədəyik. Partiyanın üzvləri seçkilərdə iştirak edəcək. Amma  insanlar arasında aktivlik müşahidə olunmur. Sadəcə olaraq, seçkilərə gedənlər var”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də bir azdan bələdiyyə seçkilərində iştirak etmək üçün məntəqələrdən birinə yollacağını deyib.
“Hər məntəqədə 6 namizədimiz iştirak edir. Birmənalı şəkildə deyə bilərəm ki, insanların bələdiyyə seçkilərində iştirakı çox aşağı səviyyədədir. Elə bil ölkədə seçki keçirilmir”  

Vətəndaş Həmrəyliyi Partiyasının(VHP) sədri Sabir Rüstəmxanlı seçicilərin seçkidəki aktivliyindən xəbərsizdir. “Mən hələ evdən bayıra çıxmamışam. Bir azdan seçkilərə qatılacam. Ona görə də insanların seçkilərdəki aktivliyindən xəbərsizəm”.

 Ədalət Partiyasının sədri İlyas İsmayılov isə bu gün ölkədə keçirilən bələdiyyə seçkilərində iştirak etməyəcək. “Hazırda yas yerindəyəm. Yaxın qohumum dünyasını dəyişib. Ona görə də partiyamızda təmsil olunan insanların seçkilərə qatılacağından xəbərim yoxdur. Çox güman ki, mən də bələdiyyə seçkilərinə qatılmayacam”.

 Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir