Modern.az

Eldar Namazov: “Rüstəm İbrahimbəyovdan təbrik almamışam”

Eldar Namazov: “Rüstəm İbrahimbəyovdan təbrik almamışam”

23 Dekabr 2014, 11:35


23 dekabr tarixi “El” hərəkatının sədri, politoloq Eldar Namazovun doğum günüdür. Doğum gününü necə keçirdiyini Modern.az-la bölüşən politoloq bu gün Azərbaycanda ola bilməyəcəyini deyib.

“Bu gün mənim üçün özəl gündür. Ailə üzvlərimin, yaxınlarımın, dostlarımın əhatəsində doğum günümü qeyd edəcəm. Təəssüf ki, bu il doğum günümü Azərbaycanda keçirə bilməyəcəm. Neçə gündür ki, şəxsi işlərimlə bağlı Avopa ölkələrinin birindəyəm. Yaxın 2-3 gün ərzində Azərbaycana qayıdacam. Bu gün sadə bir ad günü keçirəcəm”.

Milli Şuranın fəxri sədri, kinorejissor Rüstəm İbrahimbəyovun təbrikinə gəlincə, “mən heç kəsdən xüsusi təbrik gözləmirəm. Kim istəyərsə, təbrik edə bilər. Gün yeni başladığından hələ ki Rüstəm İbrahimbəyovdan təbrik almamışam. Ümumiyyətlə, bütün təbrik yazan insanlara öz minnətdarlığımı bildirirəm”-deyə, E.Namazov bildirib.

Namidə BİNGÖL 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı