Modern.az

200 min suriyalı öldürülüb, 1 milyon ölümcül haldadır

200 min suriyalı öldürülüb, 1 milyon ölümcül haldadır

23 Dekabr 2014, 11:44


“Bu günə qədər Suriyada 200 mindən çox insan öldürülüb. Bir milyon suriyalı isə müxtəlif xəstəliklərdən əziyyət çəkir, gün ərzində xəstəliklərdən yüzlərlə insanölür”. Modern.az saytının məlumatına görə, bunu Dünya Sağlamlıq Təşkilatı Suriyada apardığı araşdımanın nəticəsini təqdim edərkən bildirib.

Təşkilat Suriyada hər gün müxtəlif xəstəliklərdən ölən insanların günahını sağlamlıq ləvazimatlarının ölkəyə daxil edilməsini əngəlləyən rejimdə görür. Belə ki, Təşkilat 2011-ci ildən bu günə qədər Suriyada Bəşər rejimi tərəfindən öldürülən insanların siyahasını diqqətə gətirərək, müharibənin qorxunc tərəflərini ictimaiyyətə təqdim edib.

Sağlamlıq təşkilatı bəyan edib ki, Suriyada apardıqları araşdırmalarda ölülərin 200 mini keçdiyini, ölümcül halda 1 milyona yaxın insanın olduğunu aşkar ediblər.

Sağlamlıq təşkilat həmçinin ölkəni bürüyən xəstliklər baradə də məlumat yayıb.

Təşkilatın məlumatına görə, səhiyyə sisteminin çökdüyü Suriyada ən çox yayılan vərəm, qızılca, tifo və  "miyaz" (milçək xəstəliyi) xəstəlikləridir.

Qeyd olunub ki, hazırda Suriyada 4500 nəfər tifo, 4200 isə qızılca xəstəliyindən əziyyət çəkir.

Bununla yanaşı, hər gün uşaq infaktının artması müşahidə olunur.

Məltəm TALIBZADƏ 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!