Modern.az

16 yaşlı qız xəstəxananın tualetində uşaq doğdu

16 yaşlı qız xəstəxananın tualetində uşaq doğdu

23 Dekabr 2014, 12:24

Boluda 16 yaşlı D.D. xəstəxananın tualetində doğuş keçirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, D.D. dünyaya gətirdiyi qız uşağını tualetdə qoyaraq qaçarkən, təmizlik işçisi tərəfindən tapılan körpə yeni doğulan körpələrə xidmət göstərilən şöbədə müalicə altına alınıb. Polisin araşdırması zamanı D.D.nin 18 yaşlı oğlandan hamilə qaldığı öyrənilib. Hadisə dekabrın 22-də baş verib. Müayinə olunmaq üçün təkbaşına xəstəxanaya gələn D.D. xəstəxananın təhlükəsizlik kamerasındakı qeydlər nəticəsində müəyyənləşdirlib.
16 yaşlı D.D.nin eyni məhəllədə oturan 18 yaşlı bir oğlandan hamilə qaldığı öyrənilərkən, hadisə ilə əlaqədar olaraq Ailə və Sosial Xidmətlər İdarəsinə xəbər verilib.

D.D. ilə gənc ifadələrinin alınmasından sonra sərbəst buraxılıb. D.D. ailəsinə təhvil verilib. Qorxması səbəbindən körpəni tualetdə qoyduğu öyrənilən D.D.nin həmin oğlanla evlənəcəyi qeyd olunub. Müalicəsi davam edən uşağın isə sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib. Hadisə ilə bağlı istintaq davam edir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir