Modern.az

Putinin gimnast sevgilisini avtomatlılar müşayiət edir - FOTO

Putinin gimnast sevgilisini avtomatlılar müşayiət edir - FOTO

Dünya

23 Dekabr 2014, 12:34

Bədii gimnastika üzrə Olimpiya çempionu Alina Kabaeva Moskvanın Kudrinski küçəsindəki “Kofemaniya” kafesinə gedib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onu əli avtomatlılar mühafizə ediblər. Gimnastı müşayiət edən mühafizəni şoumen Aleksandr Belov görüb və bu haqda Facebook səhifəsində yazıb. O, kafeyə daxil olan Alina Kabayevanın fotosunu çəkib.

Qeyd olunur ki, Alina Kabayeva son zamanlar, ümumiyyətlə kütlə qarşısına çıxmır. Onu sonuncu dəfə mart ayında Moskva Gənclər Sarayındakı “Çikaqo” müziklində görüblər.

Qeyd edək ki, məşhur gimnast və eks-deputat Alina Kabayeva Rusiya prezidenti Putinin sevgilisi olaraq da tanınır..




Modern.az
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!