Modern.az

Bələdiyyə seçkilərinə gələn varmı - DEPUTATLAR CAVAB VERİR

Bələdiyyə seçkilərinə gələn varmı - DEPUTATLAR CAVAB VERİR

23 Dekabr 2014, 13:14



Deputatlar seçkilərlə bağlı ilkin rəy veriblər. Onlar Modern.az saytına təmsil etdikləri bölgələrdə seçkilərin keçirilməsindən danışıblar.

Deputat Rövşən Rzayev bildirib ki, o, dekabrın 19-da Göygöl və Daşkəsən bölgələrində bələdiyyə seçkilərinə hazırlıqlarla tanış olub.

“Yeni Azərbaycan Partiyasının üzvləri ilə görüşdük. Həmçinin gənclərlə görüşümüz oldu. Göygöl və Daşkasən rayonlarında bələdiyyə seçkilərinin keçirilməsi üçün hər bir şərait yaradılıb. Səsvermə yerlərində hər cür şərait yaradılıb, müşahidə kameraları quraşdırılıb”.
R. Rzayevin sözlərinə görə, rayonda gənclər tərəfindən böyük aktivliyin olması diqqət çəkən məqamlardandır.
“İqtidar nümayəndələri öz layiqli qələbələrini çalacaqlar”.

Milli Məclisin deputatı Zahid Oruc deyib ki, bu il bələdiyyə seçkilərinə çağırış, ümumiyyətlə seçkilərin gedişatı əvvəlki illərə nisbətən daha sakit keçir.
Z.Oruc bunu normal hesab edir: “İlk dəfə hər hansı yeni qrumun yaranmasına ictimai münasibət fərqli olur. Bir çoxları həmin qrumdan daha fərqli qərarlar, səlahiyyətlər gözləyirlər. Amma müəyyən zaman keçdikdən sonra hər bir orqan özünü tam təsdiqləyir. Bu gün bələdiyyə seçkiləri də o dönəmi yaşayır”.
Zahid Oruc bildirib ki, o, ailəsi ilə birlikdə Bakının Səbail rayonunda  qeydiyyatdadırlar və orada səs verib.
“Ailəvi olaraq səs verdik. Səhər olduğu üçün orta sayda insanların gəlişi müşahidə olunurdu, amma hər zaman olduğu kimi, yəqin ki, günortaya doğru artım olacaq. İnanıram ki, Konistitusiya və qanunlarımızda müəyyən olunmuş kvotalar bu seçkilərdə alınacaq”.

O, deputatı olduğu Bərdə  bölgəsində keçirilən seçkilər baradə məlumat verib.
“Bərdə bölgəsində də vəziyyət eynidir. Kəndlərdə insanlardan bələdiyyə seçkilərində böyük kütlə ilə çıxış etmələrini tələb etmək yanlışlıqdır. Ümumiyyətlə, Amerikanın bəzi dövlət rəhbərlərinin çoxu “azlığın prezidenti” kimi tarixə düşüblər. Bələdiyyə seçkilərində kütləvilik tələb etmək çox yanlışdır”.

Deputat Musa Quliyev hazırda Binəqdi rayonunda YAP-ın səlahiyyətli nümayəndəsi kimi  seçkiləri müşahidə edir. O, seçkinin gedişi baradə danışıb.
“Heç bir qanun pozuntusuna rast gəlməmişik. İndiyə qədər 30-a yaxın məntəqədə olmuşuq. Müxtəlif partiyaların müşahidəçiləri və bu partiyalardan olan seçki məntəqə üzvləri də var. Hamsı ilə söhbət etmişik. Əhali səsverməyə normal şəkildə gəlir. Prezident seçkilərində olan aktivlik görünməsə də, vətəndaşlar səs verirlər. Onlar öz namizədlərini bizdən yaxşı tanıyırlar”.

Deputat Rüstəm Xəlilov Sabirabad, Saatlı, Kürdəmir dairəsində seçicilərin  fəallığından danışıb.
“Saatlı, Sabirabad, Kürdəmir seçki dairələrində fəallıq var. Bələdiyyə seçkiləri normal şəraitdə keçirilir. Seçildiyim dairədə indiyə qədər 15%-dən çox seçici səs verib”.

Məltəm  TALIBZADƏ 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!