Modern.az

Azərbaycan üzrə ən yüksək seçici fəallığı Qusarda qeydə alınıb

Azərbaycan üzrə ən yüksək seçici fəallığı Qusarda qeydə alınıb

23 Dekabr 2014, 13:53

Mərkəzi Seçki Komissiyasının saat 12:00-a olan məlumatına görə, bələdiyyə seçkilərində ölkə üzrə ən yüksək seçici fəallığı Qusar rayonunda qeydə alınıb.

AzərTAc xəbər verir ki, bu müddətədək 51 saylı Qusar seçki dairəsi üzrə qeydiyyata alınan seçicilərin 31 faizi (14 min 219 nəfər) səsvermədə iştirak edib.

Ümumiyyətlə, Azərbaycanın şimal regionunda səsvermədə yüksək fəallıq müşahidə olunur. Saat 12:00-dək regionun əhatə etdiyi digər seçki dairələri - 52 saylı Quba seçki dairəsi üzrə seçicilərin 29 faizi (13 min 23 nəfər), 53 saylı Quba-Qusar seçki dairəsi üzrə 29,8 faiz (13 min 919 nəfər), 54 saylı Siyəzən-Şabran seçki dairəsi üzrə 23,8 faizi (11 min 717 nəfər), 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə 23,5 faizi (10 min 211 nəfər) və 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə isə 23,4 faizi (10 min 749 nəfər) artıq səsvermə hüququndan istifadə edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir