Modern.az

Putin İlham Əliyevi təbrik edib

Putin İlham Əliyevi təbrik edib

23 Dekabr 2014, 13:58


Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

V.Putinin təbrik məktubunda deyilir:

"Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzu edirəm.

Bizim aramızda yaranmış, etimada əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə konstruktiv dialoqumuz və səmərəli birgə işimiz davam edəcək.

Sizə və ailənizə hörmətimi və ən xoş arzularımı bildirirəm".

Azərbaycan Prezidenti İlham Əliyevin ad günü sabah -24 dekabr tarixindədir. Prezidentin 53 yaşı tamam olur.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır