Modern.az

Bu gün Ermənistan 330 mindən çox azərbaycanlının seçkidə iştirakına imkan vermədi

Bu gün Ermənistan 330 mindən çox azərbaycanlının seçkidə iştirakına imkan vermədi

23 Dekabr 2014, 14:48


Bu gün Azərbaycanda sayca 4-cü bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edir. Seçici siyahılarında 4 milyon 819 min 382 nəfərin adı yer.

Lakin bu gün Azərbaycanda səsvermə hüququna malik olub, seçkidə iştirak edə bilməyən vətəndaşlarımız da var. Onların əksəriyyəti isə Ermənistanın təcavüzü və işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşən məcburi köçkünlərdir.

Yerli özünüidarəetmə orqanları üçün tələb olunan ərazi vahidləri Ermənistanın işğalı altında olduğundan məcburi köçkünlər bu seçkilərdə iştirak edə bilmirlər.

Ölkə üzrə qaçqın və məcburi köçkünlərin sayı 1 milyon 200 min nəfərdən çoxdur. Onlardan 700 mini məcburi köçkünlərdir. Modern.az saytının Mərkəzi Seçki Komissiyasından əldə etdiyi məlumata görə ölkə üzrə məcburi köçkün seçicilərinin sayı 330 min 256 nəfərdir.

Ermənistanın işğalçılıq siyasəti ucbatından onlar bu gün bələdiyyə seçkisində səs verə bilmirlər. Beynəlxalq təşkilatlar isə insan hüquqlarının ciddi şəkildə pozulduğu bu məsələyə göz yumurlar.

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir