Modern.az

MSK sədri Yasamaldakı qalmaqallı videodan danışdı

MSK sədri Yasamaldakı qalmaqallı videodan danışdı

23 Dekabr 2014, 14:54


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səsvermədə iştirak edib. 

M.Pənahov 10 saylı Binəqədi 3-cü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. 

MSK sədri bələdiyyə seçkilərinin baş tutduğunu deyib. 

O, bülletenlərin kütləvi halda qutuya salınması ilə bağlı sosial şəbəkədə yayılan videoadan da danışıb. MSK sədri kadrlarla bağlı araşdırma aparıldığını deyib. 

"Pozuntularla əlaqədar hələlik komissiyaya heç bir müraciətin daxil olmayıb", - deyə Məzahir Pənahov bildirib.

Sosial şəbəkələrdə yayılan bir videogörüntüdə 5 saylı Yasamal Birinci Seçki Dairəsinin 12 saylı məntəqəsində bir nəfərin bir neçə seçki bülleteni qutuya atdığı əks olunub.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir