Modern.az

Putin və Merkel: Tısbağa qələbə qazanır- TƏHLİL

Putin və Merkel: Tısbağa qələbə qazanır- TƏHLİL

23 Dekabr 2014, 15:13


Ukrayna uğrunda Qərb dairələri ilə Rusiya arasında aparılan mübarizənin qızışmasından sonra yaranan siyasi mənzərə ilə bağlı müzakirələr davam edir. Nüfuzlu “The Guardian” nəşri Qərb cəbhəsindəki aparıcı dövlətlərdən biri olan Almaniyanın Rusiya ilə geopolitik mübarizəsinə dair yeni analitik məqalə ilə çıxış edib.  

Yazıda bildirilir ki, Avropa uğrunda aparılan döyüş Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel  arasında gedir.

Modern.az saytı iki lider arasındakı aparılan gərgin mübarizə kontekstində yazılan həmin məqaləni ixtisarla təqdim edir:  

Bir tərəfdə rus kişisi durur: o, militarist, Sovet stilinin böyük yalanı sahəsində mütəxəssis, Rusiyanı ayı ilə müqayisə edən millətçidir. Digər tərəfdə isə sakit, səmimi danışan, razılığa nail olma sahəsində bacarıqlı, iqtisadiyyatda güclü mövqelərə malik, çoxmillətli Avropa tısbağasını  səbirlə idarə edən şəxs dayanır.

2014-cü ilin birinci yarısında ayı Avropa uğrundakı mübarizədə liderliyə yiyələnmişdi. Lakin Ukrayna böhranının gedişatında Rusiya iqtisadiyyatının sonradan çökmə həddinə çatması belə təəssürat yaradır ki, nəticədə tısbağa qalib gəlir. Sidneydə Angela Merkel öz təsirli nitqində Ukraynada Putinin hərəkətlərini kəskin tənqid etdi.

Merkel öz nitqinin başlanğıcında 1914-cü il nümunələri əsasında danışırdı. Merkel  Avropanın birinci dünya müharibəsinə yuvarlanmasını düşündürücü arqumentlərlə çox gözəl təsvir edirdi. Əgər Avropa liderləri 100 il əvvəlki lunatiklərə oxşardırsa,  onda bugünkü liderlər bu dərsləri mənimsəməli və mövcud təhlükəni dərk etməlidir. Buna görə Merkel tez-tez Putinlə telefonla əlaqə saxlayır. Bu ilin birinci səkkiz ayı ərzində 35 dəfə Putinlə telefon danışığı olub.

Merkel onun siyasəti üçün  əsas prinsipləri təkrar etməkdən yorulmur: Bu, Rusiyaya tətbiq edilən sanksiyalar və Putini danışıqlar masası ətrafında oturtmaq üçün Ukraynanın dəstəyinin vacibliyini vurğulayır. Almaniya bu məsələdə lider rolunda çıxış edir.  Sanksiyalara gəlincə, bu olduqca qeyri-adidir.


Çünki Almaniyanın başqa Avropa dövlətlərinə nisbətən Rusiya ilə ticarət dövriyyəsinin həcmi çox böyükdür. Bundan başqa Merkel sanksiyaların zərurətini Rusiyanın təsir dairəsinin güclü olduğu Şərqi Avropanın xırda dövlətlərinə, o cümlədən İtaliyaya inandırıcı şəkildə təqdim edə bildi.

Merkel Avrozanadakı böhrandan fərqli olaraq, ictimai rəyə başçılıq edir, amma onu izləmir.   Avropa uğrunda döyüş Rusiya iqtisadiyyatının çökməsi fonunda yumşaq siyasətə transformasiya edilməyəcək. Biz hamımız ciddi təhlükəli vaxtda yaşayırıq. 2015-ci il bizi daha çox seçim qarşısında qoyacaq. Lakin tərəddüdsüz demək olar ki, 2014-cü ildə əsl dövlət xadimi statusu Angela Merkelə aiddir.    

Hazırladı: Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir