Modern.az

İctimai Televiziyanın departament direktoru: “Efirdə artıq hərəkət yolverilməzdir” – MÜSAHİBƏ

İctimai Televiziyanın departament direktoru: “Efirdə artıq hərəkət yolverilməzdir” – MÜSAHİBƏ

24 Dekabr 2014, 10:37


İctimai Televiziyanın “Səhər proqramları” departamentinin direktoru Rauf Rəcəbov Modern.az saytına müsahibə verib.

  -Rauf müəllim, İctimai Tv-də nə vaxtdan çalışırsınız? Burdakı iş prinsipi necə qurulub?  

- Demokratik, plüralist xarakteri ilə seçilən, tamaşaçı ilə birbaşa ünsiyyətin əsl meydanı olan  İctimai Televiziya yaranan gündən - 2005-ci ildən burda çalışıram. İxtisasca jurnalist deyiləm. Politoloqam. Baki Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişəm. Öncə Ictimai TV-də Milli Azlıqlar ücün Verilişlər Departamentinin direktoru olmuşam. Bildiyiniz kimi dünyanın əksər dövlətləri çoxetnosludur. Azərbaycan da bu mənada istisna hal təşkil etmir. Bu torpağı özünə əbədi məskən seçən xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşıb, bəziləri isə yerli xalqlarla qaynayıb qarışıblar və bu gün haqlı olaraq bu torpaqda yaşayanlar Azərbaycanı özlərinə doğma və əbədi vətən hesab edirlər.

Azərbaycanın yeraltı, yerüstü sərvətləri kimi etnomədəni tərkibi də əsrlər boyu zəngin olub. Və bu zəngin tərkib güclü, qüdrətli, istiqanlı təbiətə malik bir millətin-Azərbaycan millətinin formalaşmasında böyük rol oynayıb. Yüz illərlə bu odlar diyarında yaşayan xalqlar çətin gündə də, xoş gündə də dostluq, qardaşlıq şəraitində yaşayıblar. İctimai Televiziya etnik mədəniyyətin təbliğində mühüm rol oynayir. Avropa öyünməsin ki, bütün məsələlərdə öndə gedir və inkişaf  etməkdə olan dövlətlərə örnəkdir.

Milli azlıqlar məsələsində müstəqil Azərbaycan gənc olmasına baxmayaraq nəinki Avropanı üstələyib, hətta bir sıra Qərb ölkələrinə nümunə sayıla bilər. Ölkə teleməkanında ilk dəfə olaraq məhz İctimai Televiziyada Azərbaycanda yaşayan xalqların və etnik qrupların maddi mədəniyyət nümunəllərini, milli məişətini geniş ictimaiyyətə çatdırmaqla biz uzun əsrlər boyu ölkəmizdə yaşayan, hətta onun bir və ya bir neçə kəndində məskunlaşan, sayı bir neçə mindən artıq olmayan, bu zəngin etnik müxtəlifliyi dünya ictimaiyyətinə catdirmışəq.   Daha sonra “Carçı-Film” Yaradıcılıq Birliyində çalışdım və baş redaktor kimi fəaliyyət göstərdim. “Sənədli Detektiv” adlı müəllif verilişində cəmiyyətimiz ücün maraq doğuracaq mövzuları araşdırdım.21-ci əsr yalnız terrorla deyil, həm də beynəlxalq terrorçuluğu qidalandıran bütün təzahürlərlə müharibə əsridir. Və bu baxımdan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beynəlxalq şəbəkənin zərərsizləşdirilməsi ən əsas və prioritet məqsədlərdən biridir.

Narkoterror təhlükəsi Azərbaycandan da yan keçməyib. Geosiyasi və geoiqtisadi maraqların kəsişdiyi məkanda yerləşən Azərbaycan narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar şəbəkənin daim maraq dairəsində olub. Bu, eyni zamanda Azərbaycanın xaricdəki narkobaronlar tərəfindən «ağ ölüm»ün istehsalçıdan istehlakçıya çatdırılması üçün ən qısa və ən ucuz yol kimi qiymətləndirilməsi ilə bağlıdır. Və bu gün artıq faktdır ki, öz məkrli niyyətlərini həyata keçirmək üçün beynəlxalq narkosindikat bir neçə marşrutlardan istifadə etməklə Azərbaycan ərazisindən həm tranzit ölkə, həm də əlverişli bazar kimi yararlanmağa cəhd göstərir.Bu mövzuda maraqlı verilişlər hazırladıq.

“Ağ ölüm tranziti”, ”Narkobaronun həbsi”, ”Qiymətli sovqat” adlı detektiv filmlər maraqla qarşılandı.   İnsan alveriylə bağlı maraqlı araşdırmalar apardıq. Bildiyiniz kimi cinsi istismar,orqanların transplantasiyası və əməyin istismarı insan alverinin əsas növləridir. Hər il dünyada təqribən 800 min adam insan alverinin qurbanı olur. Faktlar da göstərir ki, bu çirkin biznes qlobal böhranın təsir göstərmədiyi yeganə sahədir. Bütün dünyada qanunsuz narkotik və silah dövriyyəsindən sonra insan alveri cinayətləri gəlirliliyinə görə üçüncü yerdə durur. “Can alveri” adlı filmdə biz insan alveri qurbanlarının necə aldadılaraq xarıcı ölkələrə aparıldığını və cinsı istismara məruz qaldıqlarını araşdırdıq. Maraqlı mövzular coxdur.  

Məsələn, erkən nigahlarla və xarici nigahlarla bağlı da maraqlı araşdırmalar apardıq. Ailə qurmaq adıyla Azərbaycan xanımları cox zaman aldadılaraq xaricə aparılır. Və onların əksəriyyəti insan alverinin qurbanına çevrilirlər.  Və yaxud Milli ailə, qohumluq, qonşuluq ənənələrinə sadiqliyilə seçilən ailələrimizdə son illər çox xoşagəlməz hadisələr baş verir. Statistikaya nəzər salsaq görərik ki, son illər ailədaxili qətl, qohumların biri-birini işgəncə ilə öldürməsi halları geniş yayılıb. Qohumların biri-birini öldürməsi kimi mənfi halın Azərbaycanda ayaq tutub yeriməsi bizdən təxirəsalınmaz tədbirlər görməyi tələb edir.   Əslində, bu bizim cəmiyyət üçün xarakterik bir hal deyildi. Xalqımız tamam başqa adət-ənənələr ruhunda köklənmişdi. Bu mövzulari biz araşdırdıq və cox maraqla qarşılandı. Məsələn, bir cox kanallarda kriminal verilişlər yayımlanır. Tamaşacıya hansısa cinayət hadisəsı haqqında məlumat yox, həm də bu hadisənin baş vermə səbəblərıni araşdırıb təqdim etmək lazımdır. Tamaşacını həm də maarifləndirmək lazımdır. Gələcəkdə belə hadisələrin qarşısı alınsın. Cox zaman bəzi insanlar adi bir söz üstündə belə qətl törədir. Yalnız maarifləndirmə işinin gücləndırılməsiylə bu problemlər həllini tapa bilər. Bu səhədə saatlarla danışmaq olar.   


- Hazırda İctimai Televiziyanın “Yeni Gün” proqramına rəhbərlik edirsiniz. Nə vaxtdan  bu iş sizə həvalə olundu?  

- Ötən il avqustun 29–da  İctimai Televiziyanın Səhər proqramları departamentinə direktor təyin olunmuşam. Ümumiyyətlə, “Səhər” proqramlarını demək olar ki, əksər tamaşacılar izləyir. Bu proqramlar insanlarda əhval-ruhiyyə yaradan proqramlardır. “Yeni Gün” proqramında köhnə təcrübəyə əsaslanaraq müsbət mənada çoxlu dəyişikliklər etdik. Hər halda bu dəyişiklikləri bizim dəyərli tamaşacılarımız daha tez hiss etdilər. Mən sizə deyim ki, çox işgüzar və professional bir kollektivimiz var. Həftənin bazar günü istisna olmaqla hər gün 3 saat canlı efirdə olmaq bu kollektivdən daha böyük məsuliyyət tələb edir.  

 -Maraqlıdır, İctimai TV-də yayımlanan “Yeni Gün” proqramı digər televiziyaların səhər proqramlarından nə ilə fərqlənir?  

-İctimai Teleradio milli kanaldır. Seyrçilər bu telekanalı daha çox intellektual televiziya və radio kimi izləyir. Böyük ədəbiyyatımız, musiqimiz İctimai Televiziya və Radionun efirində həmişə zirvədə təqdim edilir. Korifey sənətçilərimiz, yazarlarımız, elm adamlarımız, ünlü insanlarımız milli sərvətimiz kimi təqdim olunur. İctimai Yayımçının vəzifəsi cəmiyyətə xidmət göstərmək, hər bir insana vətəndaş kimi müraciət etmək, bilik yaymaq, insanların ətraf aləm və digər insanlar haqqında təsəvvürlərini genişləndirmək, hərbirkəsəözünü dərk etməkdə yardımçı  olmaqdır. Qeyd olunduğu kimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin hədəfləri bu gün daha böyükdür. Televiziya bir dünya kanalı olmaq yolunda irəliləyir və beynəlxalq standartların tətbiqi, efir estetikasının mənimsənilməsi, hər yaşdan olan tamaşaçını ekran qarşısında saxlamağın sirlərinə yiyələnməyi əsas məqsədinə çevirib.   

- İctimai televiziya xalqın televiziyası olduğuna görə tamaşaçılarla təmaslarınız necə qurulur? Tamaşaçı istəyi özünü nə dərəcədə doğruldur?  

- İctimai TV demokratik cəmiyyətin təmsilçiləri olan, dərin  düşünməyi bacaran, ölkədə gedən proseslərdən baş çıxaran, fəal vətəndaşların telekanalıdır. Məhz bu baxımdan ictimai yayımın istiqamətləndirilməsində vətəndaş nəzarəti və ictimai rəy önəmli rol oynayır. Bunu nəzərə alaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyi tamaşaçılara fərdi yanaşma üsullarından istifadə etməyə üstünlük verir. Vətəndaşların telekanala yönəltdiyi hər bir müraciət qeydə alınaraq, onların problemlərinin ekran həlli istiqamətində gərəkli işlər görülür. İctimai Televiziya bir yolda addımlayır. O da xalqın televizyasına çevrilmək yoludur.

- Hər halda, İctimai televiziyanı izləyən tamaşaçıların yaş kateqoriyası da maraqlıdır?  

- İstənilən yaş kateqoriyasından olan insanlar bizim tamaşaçılarımızdır. Məsələn, bu yaxınlarda 8 yaşlı bir uşaq mənə zəng edib dedi ki, sizdə həmişə yeni il qabağı uşaqlar üçün maraqlı verilişlər olur. Bəs bu il nə vaxt edəcəksiz? Biz hər Yeni il və Novruz bayramlari ərəfəsində 3 saatlıq efirimizi usaqların öhtəsinə buraxırıq. Dekabrın 27 də proqramımızı məhz uşaqlara həsr edəcəyik. İctimai televiziya cəmiyyətin bütün təbəqələrinin istəklərini nəzərə alır. Və calışırıq ki, proqramlarımızda bütün təbəqənin insanları olsun.  

- Eyni zamanda, tamaşaçılar müxtəlif  zövqlü insanlardır. Hər tamaşaçı zövqünü oxşamaq çətinlik yaratmır ki?   -Ola bilsin ki, bizim efirə dəvət etdiyimiz bəzi insanlar bir çox tamaşaçıların zövqünə uyğun olmasın. Amma biz bunu da etməliyik. Zövqlər müxtəlifdir.  

- Bugünkü Azərbaycan telekanalları ucuz şou arxasınca qaçır. Üstəlik bu, çılpaqlığı ilə tamaşaçılara təqdim olunur. Yəqin reytinq məsələsinə görə belə edilir. Amma İctimai TV reytinq arxasınca qaçmır. Reytinqinizi necə qoruyub saxlayırsınız? Etiraf edək ki, cəmiyyətin böyük bir hissəsi bütün məsələlərdə şou axtarır.  

-İctimai TV reytinqə işləyən televiziya deyil. Reytinq ziddiyyətli məsələlərdir. Baxın, harda dedi-qodu, milli- mənəvi dəyərlərimizə ziyan vuran nəsə varsa, orada reytinqi yüksək olur. Bunun özünü araşdırmaq lazımdır. Elə məsələlər var ki, onları qoruyub saxlamalıyıq. Kütləni televiziyalar maarifləndirməlidir. Elə televiziyalarımız var ki, əyalət televiziyalarımızdan seçilmir. Əslində, əyalət televiziyalarını aşağılamaq fikrim yoxdur. Televiziyalar Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim etməlidir.Mübahisələr ailə həyatımızın bir tərkib hissəsinə çevrilir. Mübahisələrin olmadığı ailə tapmaq çox çətindir. Sığorta şirkətləri ailələri baş verə biləcək münaqişələrdən qorumaq üçün sığortalamağa ehtiyat edirlər. Ailə quran hər kəs mehribanlıq və sevgi ilə əhatə olunan bir mühit və səmimi münasibətlər gözləyirlər. Təəssüf ki, çox vaxt qurulan ailələr gözlənilən nəticəni vermir.Bəzi ailə-məişət məsələlərini milyonlarla tamaşacı qarşısında müzakirə etməyin tərəfdarı deyiləm.

Canlı efirdə oğul-ata və ya qaynana-gəlin və digər qohumluq münasibətlərinə zidd olan məsələlər cilpaglığiyla ekran arxasında əyləşən milyonlarla tamaşaciya təqdim edilməməlidir.Zaman-zaman hər ailədə müxtəlif problemlər yaşanır. Evlilik tarixində ailə münaqişələri, incikliklər, küsüb-barışmalar kimi hallar baş verir. Bu mənfi hadisələri unutmaq və onları xatırlamamağa çalışmaq ailədaxili sabitliyin və mehribanlığın qorunmasının ən gözəl təminatıdır. Belə məsələləri hər gün tamaşaciya sırımaq bizim milli ailə dəyərlərimizə cox mənfi təsir edə bilər.  

- Həmin telekanallar hesab edirlər ki, bu cür məsələlərdən imtina etsələr tamaşaçıları itirərlər...  

- Özəl televiziyaların maliyyə məsələlərini də başa düşürəm. Amma həmin şou proqramları daha abırlı və peşəkar təqdim  etmək olar. Dedi-qodu yaratmaqla, süni problemləri şişirtməklə reytinq qazanmağın özü yaxşı hal deyil. Son vaxtlar insnlarda onsuz da aqressiya artıb.Əslində kecmiş dövrlərdə də insanlarda aqressiya olub. Amma o çox düzgün formada idarə olunurdu. Onlar bunu indikinə nisbətən daha rahat, daha ustalıqla həyata keçirirdilər.İndi isə bunun qarşısını ala biləcək insanlar əksinə işləyir. Əvvəllər ağsaqqal və ağbirçəklər ailədə münaqişəni yatıran bir səbəb idisə, indi münaqişə salan çox zaman onlar olur. Bəzən görürsən ki, gənclər özləri "bunu valideynlərim bilməsə yaxşıdır. Eşitsələr qiyamət qopar, konflikt yaranar" deyir. İndi ağsaqqal və ağbirçəklər ailədə ambisiyaları oynadan, konflikt yaradan səbəblərə çevrilib.

 

- Bəzi aparıcıların efirdə hansısa hərəkətlər etməsi birmənalı qarşılanmır. Sizcə, aparıcı efirdə necə olmlıdır?

- Hər hansı bir aparıcının efirdə artıq hərəkət etməsi tamaşaçıya qarşı hörmətsizlikdir. Nəzərə almaq lazımdır ki, bu televiziyaya ailənin bütün üzvləri tamaşa edir. Məsələn, bizim efirdə elə hallarla rastlaşa bilməzsiniz. Aparıcı nə qədər ciddi və savadlı olsa tamaşaçı ondan daha çox razi qalar. Ona razı ola bilmərəm ki, aparıcı çıxıb efirdə nəsə artıq hərəkət eləsin. Tamaşaçı bir az unutqandır hər şeyi tez yaddan çıxara bilər. Hansısa bir hərəkətinlə tamaşaçının gözündən düşə bilərsən.  

- Rauf  müəllim, televiziyaların problemlərindən danışdıq. Bir az da sizdən danışaq. Sizin televiziyaya gəlişiniz necə olub?

 -Televiziyaya gəlməyimin çox qəribə tarixçəsi var.1993-cü ildə institutumuzda ziyalılarla görüş keçirilirdi. Mən də fəal tələbələrin sirasında idim. Elə oldu ki, biz 3 tələbə qonaqlara sual verməli olduq. Həmin suallar maraqla qarşılandı.O zaman Azərbaycan Dövlət Televiziyasında calışan dəyərli jurnalistimiz Akif Cabbarov görüşdən sonra bizə yaxınlaşıb televiziya ilə əməkdaşlığa dəvət etdi. Dedik ki, biz hələ tələbəyik. O zaman televiziyada işləməyimiz ağlımızdan belə kecmirdi. Ona söz verdiyimizə görə təqribən bir həftədən sonra yanına getdik.Və dəhlizdə o zaman TV-də calışan dəyərli diktorlarımızı, eləcə də bir cox sənət adamlarıyla qarşılaşmağımız məni sanki maqnit kimi cəkdi. Və o vaxtdan Azərbaycan Televiziyasında calışmağa başladım. Əvvəlcə “Xəbərlər” proqramında əməkdaş kimi calışdım.

1995 ci ildən 2003-cü ilədək Dövlət Televiziyasının “Səhər”musiqi-informasiya proqramında, 2003-2005 illərdə isə “Xəzər”redaksiyasında calışmışam. Mən biz sözlə ölkə teleməkanının formalaşmasında böyük rolu olan Azərbaycan dövlət televiziyasının yetişdirdiyi kadrlardanam.

Modern.az saytının rəhbərliyinə və kollektivinə təşəkkürümü bildirirəm ki, bu gün bu fürsəti mənə yaratdiniz. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl gəlir.Bu münasibətlə kollektivinizi və bütövlükdə xalqımızı təbrik edir.Xalqımıza firavanlıq arzulayıram.

   

Namidə BİNGÖL  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir