Modern.az

Hitlerin zamanında hansı ədəbiyyatı oxuyublar?

Hitlerin zamanında hansı ədəbiyyatı oxuyublar?

23 Avqust 2010, 14:48

Almanlar arasında “Küləklə sovrulanlar”,  Sent-Ekzuperi  dəbdə olub

Tarixçi Kristian Adam 1933-45-ci illərdə faşist Almaniyasında populyar olan kitabların siyahısnı tərtib edib. Modern.az Almaniyanın “Velt” jurnalına istinadən bildirir ki,  tarixçi “Adolf Hitler zamanının müəllifləri və bestsellerləri” adlı araşdırma işində o, nasistlərin zamanında populyar olan 350 kitabı tədqiq  edib.

Adam qeyd edib ki, faşistlərin zamanında 100 min tiraj və ondan yuxarı çap olunan kitab bestseller sayılırmış. Bunlar əsasən romanlar, sorğu kitabları, ayrı-ayrı peşələr barədə, bulvar romanlar və cəbhə əhvalatları olub. Maraqlıdır ki, bütün ədəbi proseslərə ciddi nəzarət edən faşistlər bütün cəhdlərə baxmayaraq alman xalqının ədəbi zövqünü tam inhisara ala bilməyiblər.

Adolf Hitlerin 12 milyon tirajla çıxan “Mayn Kampf” (Mənim mübarizəm), faşist ideoloqu Alferd Rozenberqin 1.3 milyon nüsxə ilə çıxan “20-ci əsrin mifləri” və digər belə ideoloji ədəbiyyatı çıxsaq almanlar başqa ədəbiyyat da oxuyublar.

Nasistlərin zamanında “Marqaret Mitçellin “Küləklə sovrulanlar” romanı almanlar arasında çox populyar olub. Nasist naşirlər bu kiatbı 366 min tirajla çap ediblər. Henrix Sperlin “Bu barədə sakit danışmaq olar” yumoristik toplusu 890 min tirajla çıxıb. Antuan Sent Ekzüperi də nasistlərin diqqətindən kənarda qalmayıb. Bu məşhur yazıçının “Külək, qum və ulduzlar” əsəri 135 min nüsxə ilə çap edilib. Faşistlərin dövründə populyar olan İohann Harrerin “Alman anası və onun ilk uşağı”, “Yeni doğulan körpəyə qulluq” kitabı isə uzun illər maraq çərçivəsini saxlaya bilib. Hər iki kitab 1987-ci ilə  qədər Almaniyada satışda olub.

Faşist Almaniyasında məmurlarının ədəbiyyata münasibəti müxtəlif olub. Məsələn, “üçüncü reyx”in baş ideoloqlarından olan Alferd Rozenberq əyləncəli ədəbiyyatı qəbul eləmirdi. O belə ədəbiyyatın cəmiyyəti düzgün yola çəkmədiyi qənaətində idi. Amma Yozef Göbbels əksinə, hesab edirdi ki, hərbi dövrdə belə ədəbiyyat sosial gərginliyin çıxarılması üçün bir baca rolunu oynayır. Nəşriyyatlar da rəhbərlikdə olan bu ikitirəlikdən faydalanaraq kitablar nəşr edirdilər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir