Modern.az

Qərb-Rusiya münasibətləri və Azərbaycan

Qərb-Rusiya münasibətləri və Azərbaycan

26 Dekabr 2014, 13:24

Qərbin Azərbaycanı özünün bölgədəki müttəfiqi adlandırmasına təbii baxmaq lazımdır. Bu Azərbaycanın regionda tutuduğu geosiyasi vəziyyət, sahib olduğu enerji ehtiyatları ilə bağlıdır. Bildiyiniz kimi, Qərbin xarici siyasətində milli təhlükəsizliyini təmin etmək,enerji ehtiyacını qarşılamaq,sərhədləri yaxınlığında maksimum şəkildə münaqişələrin yaranmasına yol verməmək və qonşu ölkələrdə iqtisadi-siyasi sabitliyin qorunub saxlanmasına çalışmaq prioritet istiqamətlərdəndir. Qərb vətəndaş cəmiyyətinin inkişafı, terrorizmlə mübarizə, ekologiyanın qorunması və s. sahələrdə Azərbaycanla müştərək layihələr həyata keçirir. Regionun əhəmiyyəti dedikdə ilk nəzərə çarpan məsələ geosiyasi amillərdir. Rusiya, Mərkəzi Asiya,İran, Türkiyə ilə və Xəzərə sahil olan Azərbaycanın diqqətdən kənarda qalması mümkün deyil.  Region müxtəlif maraqların kəsişməsində yerləşir. Rusiyanın burada əvvəlki nüfuzu zəifləsə də, ciddi ambisiyası olan dövlət kimi qalır. İran və Türkiyə Yaxın Şərqin əsas siyasi fiqurları hesab olunur. Mərkəzi Asiyanın Qərbə çıxışı Azərbaycandan keçir. Təsadüfi deyil ki,ABŞ politoloqu Z.Bjezinsiki Azərbaycanı Qərb üçün “həyati əhəmiyyətə malik ölkə” adlandırır. Bu kimi siyasi münasibətlər foununda Qərb Azərbaycanla müttəfiqlik, bərabərhüquqlu şəkildə əməkdaşlıq etməyə məcburdur. Azərbaycana gəldikdə isə öz müstəqilliyini elan etdikdə bəri dövlətimiz xarici ölkələrlə, o cümlədən də Qərb ölkələri ilə ən müxtəlif sahələrdə bərabərhüquqlu əməkdaşlıq etmək niyyətini bildirib.

Məlum olduğu kimi, Azərbaycanın daxili və  xarici siyasətinə təsir edən əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanının xarici siyasi fəaliyyətində problemin ölkəmizin milli maraqları və ərazi bütövlüyü  çərçivəsində həll olunması prioritet istiqamətdir. Nəzəri baxımdan Qərbin də regionda hazırkı və gələcək layihələrinin icrasında Dağlıq Qarabağ probleminin olması əsas maneədir. Amma təssüflər olsun ki, bu günə qədər  Qərbin ikili standartlar çərçivəsindən yanaşması münaqişənin hər an müharibəyə çevrilməsinə gətirib çıxara bilər. Beləliklə də, Qərbin xarici siyasət və təhlükəsizlik məsələlərində regiondakı münaqişələrlə bağlı qəti mövqeyinin olmaması Azərbycanda ciddi narazılıqlara səbəb olur.

Avropa  neft istehlakı nöqteyi-nəzərdən alternativliyi müəyyən qədər təmin etsə də, son illərə qədər təbii qazla təmin olunmasında eyni fikiri bölüşmək mümükün deyildi. Amma Azərbaycanda kəşf olunan təbii qaz yataqları və eyni zamanda onun Avropaya nəqli məsələsi gündəmə gələndən sonra Avropanın Rusiyadan təbii qaz asılığından tədricən azalmasına gətirib çıxarmış olur. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə 2030-cu ilə qədər Avropanın təbii qaza olan ehtiyacı 3 dəfə artacaqdır. Beləlilklə Avropanın alternativ olaraq təbii qazla təmin olunmasında Azərbaycanın geostrateji mövqeyi daha da möhkəmlənmiş olur. Bu mövqe isə Avropadan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmasını və daha aktiv siyasət aparmasını tələb edir. Rusiya da regionun aktiv siyasi oyunçularından biri olmaqla bərabər Azərbaycanla həm quru, həm də su sərhədi olan dövlətdir. Bu baxımdan sözügedən situasiyada Azərbaycanın Rusiya ilə əməkdaşlığı genişləndirməsi, mövcud vəziyyətdən yararlanması təbiidir. Fikrimzcə, bütün bunlar Azərbaycanının Qafqaz regionunda strateji mövqeyinin möhkəmlənməsinə, eyni zamanda Dağlıq Qarabağ probleminin  öz milli maraqları və ərazi bütövlüyü çərçivəsində həll olunmasına hesablanıb.

Neft Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini müəyyənləşdirən yeganə amil deyil. Bundan daha vacib amil Azərbaycanının mənsub olduğu geosiyasi vəziyyətidir. Avropa ilə Mərkəzi Asiyanı bilrləşdirən strateji coğrafi mövqe, İranla qonşuluq münasibətləri, İran əhalisinin əsas hissəsi ilə eyni etnik kökənli olma və s. kimi xüsusiyyətləri qeyd etmək olar. Bundan başqa Azərbaycanın neftlə yanaşı böyük təbii qaz ehtiyatlarına sahib olması və Avropanın təbii qaza olan tələbatının ildən- ilə artması Azərbaycanının beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmlənməsinə səbəb olacaqdır.Nəticə olaraq deyə bilərik ki, neftin qiymətinin qeyri stabil olması Azərbaycanın beynəlxalq əlaqələrinə ciddi təsir göstərmir.


Nəzəri baxımdan hər bir dövlət çevik diplomatik siyasətlə istınilən situasiyadan öz maraqları üçün yaranlanmağı bacarmalıdır. Azərbaycan neft, təbii qaz ixtacatçısı olmaqla yanaşı həm də tranzit ölkədir. Eyni zamanda Rusiya da neft və təbii qaz ixracatı və tranzit ölkə olması kimi üstünlüklərə malikdir. ABŞ-ın Rusiyadan enerji asılılığı olmasa da, Avropa haqqında bu fikiri söyləyə bilmərik. Yəni Avropa ən azı qarşıdan gələn soyuq qış aylarını Rusiyanın təbii qaz ilə qarşılamalıdır.  Diplomatik çevrələrdə belə bir fikir dolaşır ki, Avropa enerji problemlərini həll etmək üçün Rusiya ilə gizli danışıqlar aparır. Həm də Avropa ABŞ-ın tələb etdiyi sankisiyaların daha da ciddiləşməsinin tərəfdarı deyildir.

Tükiyə-Qərb münasibətlərinə gəldikdə isə qeyd edə bilərik ki, Türkiyənin də sahib olduğu strateji,iqtisadi-siyasi mövqe Qərbin Tükiyə ilə də münasibətlərinin soyuqlaşmasının dərinləşməsinə səbəb olmayacaq. Bu yalnız siyasi bəyantlarla  məhdudlaşacaqdır. Eyni zamanda Qərbin  Rusiya ilə münasibətlərinin soyuqlaşması fonunda biz Rusiya-Türkiyə yaxınlaşmasının şahid oluruq. Buna son günlər Rusiya prezdentinin Türkiyə səfəri və bu zaman hər iki dövlət başçıları tərəfindən səsələnən bəyənatlar bariz nümunədir. Tarixdən də məlumdur ki,  Qərb hələ 1950-ci ildə Türkiyə SSRİ yaxınlşamasının qarşısını almaq üçün Tükiyənin NATO-ya üzvlük  məsələsinin tezləşdirmişdir. Bütün bu siyasi münasibətlər fonunda Azərbaycanının siyasi vəziyyətini həm də iki yaxın qonşusunun yaxınlaşması prizmasından  dəyərləndirmək daha düzgün olardı. Yəni Rusiya-Türkiyə yaxınlaşması Azərbaycanın mövqelərini möhkəmlənməsinə səbəb ola bilər.

Bu gün  Azərbaycan diplomatiyası hərbi bloklara qoşulmamaq siyasətiniə üstünlük verir. Bu da Azərbaycanını yerləşdiyi bölgənin strateji, coğrafi, iqtisadi, siyasi xüsusiyyətlərindən irəli gəlir. Bötüvlükdə son vaxtlar qarşılıqlı siyasi münasibətlərin inkişaf tendensiyası göstərir ki, gələcəkdə digər ölkələrin regiona olan marağı daha da artacaqdır. Bildiyiniz kimi regionda stabilliyin qorunması, enerji yollarının təhlükəsizliyinin təmin olunması Qərb üçün xüsusi əhəmiyyət daşıyır. Amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin mövcudluğu və hər an müharibə ilə  nəticələyini Qərb stateji planlarında nəzərə almalı, problemin ədalətli şəkildə həllinə çalışmalıdır.

Qeyd olunduğu kimi Azərbaycan digər dövlətlərlə bərbərhüquqlu əməkdaşlıq prinsiplərini elan etmişdir. Azərbaycanın qonşu dövlətlərlə münsibətlərini isə ayrı-ayrılıqda götürsək ikitərəfli əməkdaşlıq  çərçivəsində mövcud mənzərəni aydın görə bilərik. Eyni zamanda Azərbaycan diplomatiyasının Dağlıq Qarabağ problemindən sonra qarşılaşığı ikinci problem Xəzərin statusu məsələsidir ki, bu problem də öz həllini gözləyir. Bütölükdə isə “qonşularla sıfır problem” prinsipinə nail olma məsələsi barədə qəti fikir söyləmək çətindir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı