Modern.az

Yeni ilin qarşılandığı ƏN BAHALI ŞƏHƏRLƏR -London, Toronto, Paris, Bakı…

Yeni ilin qarşılandığı ƏN BAHALI ŞƏHƏRLƏR -London, Toronto, Paris, Bakı…

31 Dekabr 2014, 16:45


National’s Business jurnalının hesablamarına görə, 2015-ci ili qarşılamq üçün ən bahalı şəhər Londondur. London mərkəzində iki nəfərlilk 6 saatlıq Yeni il şənliyi şam yeməyi ilə birlikdə 826 manatdır (680 pound).
Kanadadadakı Toronto şəhəri ikinçidir: çütlük burada şənlik və şam yeməyinə 660 manat xərcləməlidir.
Üçüncü yerdə olan Parisdə 464 manatından (480 avro) keçməlisən.

Avropanın məşhur şəhərlərindən olan Praqada 80 manat, Budapestdə isə 124 manat Yeni ili qeyd etmək üçün kifayət edir.

”Dünyanın sözügedən məşhur jurnalı Yeni il üçün bahalı şam yeməklərini müəyyənləşdirən zaman səhvə yol verməsə də, bir texniki yanlışlığı olub: Bakı restoranlarındakı Yeni il şənliyinin qiymətlərlə maraqlanmayıb. Maraqlansaydı o zaman bəzi hallarda adambaşına 500 manat qiymət təklif etməkdən usanmayan Bakı restoranları üçün ayrıca olaraq xüsusi “daha bahalılar” kateqoriyası yaradardı”.

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəsinin sədri Vüqar Bayramov bildidib. İqtisadçısının sözlərinə görə, Bakıda restoranda deyil, evdə Yeni ili qarşılamaq üçün 4 nəfərik ailə üçün 120 manat tələb olunur. Bu, təxminən Praqada Yeni ili restoranda qeyd etmək üçün tələb olunan məbləğə yaxındır.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi