Modern.az

Oğul Buş prezidentlik uğrunda mübarizəyə görə vəzifədən getdi

Oğul Buş prezidentlik uğrunda mübarizəyə görə vəzifədən getdi

1 Yanvar 2015, 19:57

Florida ştatının keçmiş qubernatoru, Corc Buşun kiçik oğlu, keçmiş-prezident və böyük oğul Buşun kiçik qardaşı Ceb Buş 2016-cı il prezident seçkilərində iştirak etmək niyyətilə şirkətlərin direktor şuralarındakı bütün vəzifələrindən imtina edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ceb Buş rəsmi qərarını hələ ki açıqlamasa da, prezidentlik yarışında iştirak etmək niyyətində olduğunu artıq bildirib. 61 yaşlı siyasətçi təhsil fondunun təsisçiləri şurasından artıq gedib. Ceb Buşun nümayəndəsi Kristi Kempbell qeyd edib ki, bu qərarda məqsəd onun ABŞ prezidenti postu uğrunda mübarizə aparmaq niyyətində olmasından xəbər verir.

O, hələ 2014-cü ilin dekabr ayında xəbər verib ki, tezliklə prezident postu uğrunda mübarizəyə hazırlaşıb-hazırlaşmadığını rəsmən bəyan edəcək. Keçmiş prezidentin qardaşı bundan əvvəl isə artıq deyib ki, seçkilərdə iştirakı istisna etmir, ancaq onu da qeyd edib ki, bunun üçün əsas faktor onun bu ideyasına ailə üzvlərinin münasibəti də olacaq.

ABŞ KİV-ləri Ceb Buşun respublikaçıların prezidentliyə namizədi kimi “praymeriz”in nəticələrinə görə şansını daha yüksək dəyərləndirirlər. Onun demokratlardan mümkün rəqibi isə keçmiş dövlət katibi Hillari Klintonun olmaq şansı böyükdür.

Ata Corc Buş bir müddətə - 1989-1993-cü illərdə prezident postunu tutub. Cebin qardaşı Corc Buş isə 2001-2009-cu illərdə Ağ evin sahibi olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı