Arxiv
2 Yanvar 2015, 19:07 | TƏHSİL
İlham Əliyev Bakıya gətirilmiş “Boeing-787-8” təyyarəsinə baxıb - FOTOLAR

Yanvarın 2-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus yeni gətirilmiş “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsinə baxıblar.

“AZAL” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına yeni təyyarə barədə məlumat verib.

“Boeing-787-8” Dreamliner ən müasir tipli hava gəmilərindəndir. Son texniki nailiyyətləri özündə birləşdirən “layner” daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Ən yeni texnologiyaların tətbiq edilməsi nəticəsində isə təyyarədə yüksək mənfəətli istismar, yanacağa qənaət və sərnişinlər üçün rahat şərait var. Bu təyyarə həm texniki, həm də xidmət cəhətdən digər hava gəmilərindən fərqlənir. Onun çəkisi analoji təyyarələrlə müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi və yükqaldırma imkanı digərlərindən çoxdur və 20 faiz az yanacaq sərf edir. Geniş gövdəli bu təyyarə 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirən bu layner birbaşa 15 min 700 kilometr məsafə qət edə bilir. Dreamliner bu göstəricilərə görə hazırkı sərnişin təyyarələri arasında liderdir. Laynerin sərnişin salonunda üç növ oturacaq və onlara uyğun fərqli xidmət sinifləri mövcuddur. Təyyarənin bütün aeronaviqasiya və sərnişin salonunun audio-video sistemləri ən son texnoloji yeniliklər əsasında tərtib olunub. Bu təyyarə ilə ilk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar yerinə yetiriləcək. Bu ilin yay mövsümündən isə hava gəmilərinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.

Belə hava layneri MDB məkanında və bir sıra Şərq ölkələri arasında ilk dəfə Azərbaycana gətirilib. Son illərdə digər sahələrdə olduğu kimi, mülki aviasiya sahəsində də uğurlu inkişaf mərhələsi yaşanır. Bu inkişaf özünü həm yeni aerovağzal komplekslərinin inşasında, həm də yeni müasir hava gəmilərinin alınmasında daha aydın göstərir. Bu baxımdan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin aviaparkının ən müasir “Boeing-787-8” Dreamliner sərnişin təyyarələri ilə gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. “

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə İraqda şəhid verdi 15 Aprel 2021, 01:00 Çempionlar Liqasında bütün yarımfinalçılar bilindi 15 Aprel 2021, 00:54 NATO qoşunları Əfqanıstandan çıxarılır 15 Aprel 2021, 00:50 ABŞ hərbi gəmilərini Qara dənizə göndərməkdən imtina etdi 15 Aprel 2021, 00:45 Azərbaycanlı boksçu ermənini dünya çempionatından kənarlaşdırdı 15 Aprel 2021, 00:38 Neft bahalaşdı 15 Aprel 2021, 00:22 Teledərslərin bu günə olan CƏDVƏLİ 15 Aprel 2021, 00:09 Rusiya Krıma nüvə silahı yerləşdirir? 14 Aprel 2021, 23:57 Lənkəranda piyadanı maşın vurub öldürdü 14 Aprel 2021, 23:43 Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO 14 Aprel 2021, 23:33 Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi 14 Aprel 2021, 23:24 Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17