Modern.az

Saakyanın Livana rəsmi səfəri yalan çıxdı

Saakyanın Livana rəsmi səfəri yalan çıxdı

Təhsil

25 Avqust 2010, 10:00

Qarabağ separatçılarının lideri Bako Saakyanın başçılığı ilə bir qrup erməninin Beyruta səfəri zamanı Livanın rəsmi şəxsləri ilə heç bir görüş keçirilməyib.
Bunu Azərbaycan tərəfinin sorğusuna Livan hökumətinin verdiyi cavaba istinadla ölkəmizin Beyrutdakı konsulu Nazix Qassub bildirib. (AzərTAc) 
Konsul deyib ki, B.Saakyanın başçılıq etdiyi qrup Livanın Ançar kəndində erməni icması və erməni kilsəsinin nümayəndələri ilə görüşlər keçirib.
N.Qassub separatçı rejimin Beyrutda rəsmi nümayəndəliyinin olması barədə ermənilərin informasiyasına aydınlıq gətirərək bildirib ki, Livanda qondarma “Dağlıq Qarabağ Respublikasını” təmsil edən nə rəsmi, nə də özəl heç bir qurum yoxdur.
Konsul vurğulayıb: “Dağlıq Qarabağ Livanda rəsmən Azərbaycan ərazisinin tərkib hissəsi kimi tanınır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə