Modern.az

Nazim İmanov parlament seçkilərində namizəd olacaq

Nazim İmanov parlament seçkilərində namizəd olacaq

7 Yanvar 2015, 08:05

2015-ci ilin noyabr ayında Azərbaycan Milli Məclisinə V çağırış deputat seçkiləri keçiriləcək. Ölkənin aparıcı partiyaları parlament seçkisində iştiraka və Milli Məclisdə mandat qazanmaq uğrunda mübarizəyə hazırlaşır.

Qanunverici orqana keçiriləcək növbəti seçkilərlə bağlı Modern.az-a maraqlı məlumatlar daxil olub. Məlumatlara görə, Milli Məclisə seçkilərdə keçmiş deputatların da öz namizədliyini irəli sürəcəyi gözlənilir.

Bunlardan biri də sabiq deputat, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovdur. Məlumatda bildirilir ki, Nazim İmanov yenidən deputat olmaq uğrunda mübarizəyə qoşulacaq.

Qeyd edək ki, Nazim İmanov Milli Məclisdə 1995-2000-ci illər ərzində deputat olub. O, 2005-ci ildə deputatlığa namizədlini irəli sürsə də, seçkidə uğur qazana bilməyib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...