Modern.az

Türk PA jurnalistləri mükafatlandırdı

Türk PA jurnalistləri mükafatlandırdı

25 Avqust 2010, 13:59

Bu gün Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) internet saytının (www.turk-pa.org) təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, mərasimdə Türk PA-nın baş katibi Ramil Həsənov sayt haqqında geniş məlumat verib.

Sayt 6 dildə - Azərbaycan, rus, ingilis, türk, qazax və qırğız dillərində hazırlanıb. Saytda 7 bölmədə Türk PA haqqında, təşkilatın strukturu, yaranma tarixi, üzvləri və fəaliyyəti barədə müvafiq məlumatlar toplanıb.
Qurumun fəaliyyəti dövründə qəbul etdiyi rəsmi sənədlərlə də saytda tanış olmaq mümkündür.

Saytın təqdimatı ilə yanaşı, mərasimdə Türk PA Baş Katibliyi jurnalistləri də mükafatlandırıb. Türk PA-nın baş karibi Ramil Həsənov bildirib ki, Türk PA-dan yazan, bu qurumla bağlı məsələləri gündəmdə saxlayan yazıların monitorinqi aparılıb və qalib jurnalistlər müəyyənləşdirlib.

Türk PA-nın son 8 ay ərzindəki fəaliyyətini geniş işiqlandırdıqlarına görə mükafatlandırılacaq jurnalistlər aşağıdakılardır:                                     
Rəşad Cəfərli (“Azərbaycan” qəzeti), Nardar Bayramov (“Yeni Azərbaycan” qəzeti), Nahid Canbaxışlı (“Həftə içi” qəzeti), Kamil Həmzəlioğlu (“525-ci qəzet”), Əliqismət Bədəlov (“Xalq qəzeti”), Rəşad Baxşəliyev (“Şərq” qəzeti), Fərəh Sabirqızı (“Ayna” qəzeti), Alim Hüseynli (“Olaylar” qəzeti), Xətayi Əzizov (AzərTAc), Mübariz Aslanov (“Azadinform” İnformasiya Agentliyi), Rizvan Hüseynov (“1news” saytı),  Elbruz Seyfullayev (“Qafqazinfo.az”saytı), Əfqan Qafarlı (Modern.az saytı), Rəşad Süleymanov (APA).

Modern.az            

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi