Modern.az

“Qəbələ RLS”-lə bağlı ən son açıqlama - RƏSMİ

“Qəbələ RLS”-lə bağlı ən son açıqlama - RƏSMİ

7 Yanvar 2015, 22:10

“Qəbələ RLS artıq 3 ildir ki, öz fəaliyyətini dayandırıb. Bu səbədən də orda hər hansı şüalanmadan söhbət gedə bilməz. Həmçinin hər iksinin fiziki təsirli olmasına baxmayaraq radiasiya ilə elektromaqnit şüalanması bir-birindən fərqlidir”.

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirliyinin Ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova deyib. 

Nazirlik rəsmisi qeyd edib ki, stansiya fəaliyyətdə olduğu vaxtlarda həmin yerdə elektromaqnit şüalanması olurdu: “Onun üçün  ayrıca aparat vardı, maqnit tezliyini, selini ölçürdü. 3 ilə yaxındır ki, stansiyanın fəaliyyəti dayandırıldığından orda bütün göstəricilər normadadır”. 

Onun sözlərinə görə, hazırda Qəbələ rayonun özündə gün ərzində 3 dəfə olmaqla radiasiya şəraiti yoxlanılır: 

“Böyük Qafqazın ətəklərində yerləşən bir rayon olduğundan onun özünəməxsus radiasiya şəraiti var. Orada dağ süxurlarının tərkibindən asılı olaraq radiasiya fonu məsələn, Abşerondakı kimi deyil. Qəbələ öz radiasiya fonuna uyğun olaraq stabilliyini qoruyub saxlayır. 

Bildiyiniz kimi, maqnit şüalanmasına səbəb olan Rusiyanın əmlakı idi, onu da özlərilə apardılar. Hazırda Qəbələdə yalnız karkaz, infrastruktur binalar, su xətləri qalıb. Yəni indi həmin stansiyada fəaliyyət göstərən bir şey yoxdur”. 

Qeyd edək ki, Qəbələ RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin  8 əsas stansiyalarından biri olaraq 1985-ci  ildə istismara verilib. Texniki parametrlərinə görə dünyada anoloqu olmayan 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadir stansiya İran, Türkiyə, Hindistan  da daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind okeanı və Avstraliya  qitəsinin müəyyən bir qismini izləmək imkanına malik olub. Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların taraektoriyasını müəyyən edə bilirdi. Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyayay 2012-ci  ilə kimi il ərzində 14 mln. dollar ödəməklə icarəyə vermişdi.  

Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi il ərzində 14 mln. dollar ödəməklə icarəyə vermişdi.

Stansiyada 1400 Rusiya hərbiçisi qulluq edirdi. Burada həmçinin Azərbaycan mütəxəsisləri də fəaliyyət göstərirdi.

Ümumilikdə stansiyada 2000 nəfər fəaliyyət göstərə bilərdi.

10 dekabr 2012-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanata görə Rusiya RLS-in istismarını həmin gün dayandırdı. İstismarın dayanmasının səbəbi tərəflərin stansiyanın icarə müqaviləsinin uzadılması barədə şərtlərdə razılaşma əldə edə bilməməsi oldu.

Gülşən RAUFQIZI


Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir