Modern.az

Milli Demokratiya İnstitutu Ermənistandakı ofisini bağlayır

Milli Demokratiya İnstitutu Ermənistandakı ofisini bağlayır

Dünya

8 Yanvar 2015, 10:08

ABŞ hökuməti tərəfindən maliyyələşdirilən Milli Demokratiya İnstitutunun (MDİ) Ermənistandakı ofisi öz fəaliyyətini dayandırır. Modern.az  saytı xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan xidmətinə açıqlamasında MDİ-nin nümayəndəsi Qeqam Sərkisyan bildirib.

Onun sözlərinə görə, təşkilatın Ermənistanda fəaliyyətini dondurması rəsmi Yerevanın Avrasiya İttifaqına üzvlüyü və hər hansı maliyyə problemləri ilə bağlı deyil.

Qeqam Sərkisyan söyləyib ki, MDİ-nin Ermənistan ofisinin bağlanmasında siyasi motiv yoxdur. Təşkilat nümayəndəsi bildirib ki, buna baxmayaraq, Ermənistanın atdığı addımlarla bağlı Qərbdə hər hansı məyusluğun yaranması istisna deyil.

Qeqam Sərkisyan qeyd edib ki, MDİ-nin Ermənistan nümayəndəliyi postsovet məkanında prioritetlərin dəyişməsi səbəbi ilə Ukrayna, Moldova, Gürcüstandan fərqli olaraq az pul alırdı.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu