Modern.az

Atasını öldürən oğul tutulub

Atasını öldürən oğul tutulub

Təhsil

25 Avqust 2010, 14:49

Avqustun 25-də saat 00:10 radələrində Kürdəmir rayonunun Muradxan kənd sakini, 1977-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Abdullayev Ruslan İnqilab oğlu yaşadığı evin qarşısında ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı atası – 1939-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Abdullayev İnqilab Abdulla oğlunu mətbəx bıçağı ilə kürək nahiyyəsindən bir zərbə vuraraq qəsdən öldürüb. Modern.az-ın məlumatına görə, bu barədə Baş Prolurorluğun mətbuat xidməti xəbər verib.

Rayon Polis şöbəsindən daxil olmuş həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə foto çəkilişlər aparılmaqla baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

İ.Abdullayevin meyiti daxili müayinə aparılması üçün Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Kürdəmir rayon şöbəsinə göndərilib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən R.Abdullayev saat 06:00 radələrində tutulub.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə