Modern.az

Hakim iki futbolçu qardaşı stadionda bıçaqlayıb

Hakim iki futbolçu qardaşı stadionda bıçaqlayıb

Təhsil

25 Avqust 2010, 15:10

Braziliyada futbol matçında, hakim bir futbolçunu bıçaklayaraq öldürüb. Hadisə Kiara əyalətindəki Barryera şəhərində “Boa-Fe” və “Kajueiro”  komandaları arasında oyun zamanı baş verib. Xarici mətbuatın məlumatına görə, hakim Francisco Çavis cərimə meydançasının yaxınlığı “Kajueiro” klubunun lehində faul qərarı verib.
“Boa-Fe” komandasının futbolçusu Francisco De Silva bu qərarın ardından hakimə təpik vurub və onunla əlbəyaxa olub.  Francisco De Silvanın qardaşı Jose da Silva da ona kömək etmək üçün davaya qarışıb.
Hakim Çavis döyüş əsnasında Jose De Silvanı sinəsindən bıçaqlayaraq öldürüb. Bıçaqlanan digər qardaş Francisco De Silva isə xəstəxanaya qaldırılıb. Hazırda hakim axtarılır.

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə