Modern.az

Əqli çatışmazlıqdan əziyyət çəkən dahilər – SİYAHI

Əqli çatışmazlıqdan əziyyət çəkən dahilər – SİYAHI

8 Yanvar 2015, 14:09

Psixologiyada əqli çatışmazlıq anadangəlmə və zamanla əldə olunmuqla (demensiya) 2 yerə ayrılır. Əldə olunmuş əqli çatışmazlıq orta və ahıl yaşlarda baş beyində yaranan atrofik proseslərin (Altsheymer xəstəliyi də bura daxildir) nəticəsidir. Anadangəlmə əqli çatışmazlıq isə elmi adı ilə Oliqofreniya adlanır və debilizm, imbesilizm və idiotizmə bölünür.     

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada əqli çatışmazlıqdan 35,6 milyon nəfər əziyyət çəkir. Proqnozlara görə, bu rəqəm 2030-cu ildə 65,7 milyon, 2050-ci ildə 115,4 milyon nəfərə çatacaq. Hər il 7,7 milyon yeni demensiya faktı aşkarlanır. Bu, hər 4 saniyədə yeni pasientin peyda olması deməkdir. Bu kontingentin mülaicə olunmasına dünya ölkələri hər il 604 milyard dollar pul vəsaiti sərf edir.  

Müasir dünyanın ən ağrılı problemlərindən biri olan əqli çatışmazlıq tarix boyu bir çox dahilərdə də aşkar olunub.

Modern.az əqli çatışmazlıqdan əziyyət çəkən dahilərin siyahısını təqdim edir.

 Məşhur holland rəssamı Vinsent Van Qoq (1835-1888) bipolyar affketiv pozğunluqdan əziyyət çəkib. Şizofreniyanın ağır forması olan bipolyar pozğunluq rəssamın öz qulağının sırğalığını kəsməsinə səbəb olub. Epilepsiya və hallisunasiyadan da əziyyət çəkən Van Qoq sonda ov tüfəngindən açdığı atəşlə intihar edib.    


Rusiyanın tanınmış şairi Mixail Lermontov (1814-1841) müasir alimlərin fikrincə şizofreniyanın bir formasından əziyyət çəkib. Bu psixoloji problem onda andangəlmə olub. Belə ki, şairin babası zəhər içərək həyatına son qoyub, anası isə nevroz və isterikalardan əziyyət çəkib. Qəzəbli və ünsiyyətə qapalı olan Lermontovun da əhvalı tez-tez dəyişib. Belə zamanlarda o ətrafdakılar üçün təhlükəyə çevrilirdi.  


ABŞ-ın 40-cı prezidenti (1981-1989) Ronald Reyqan (1911-2004) adətən, 65 yaşdan sonra insanlarda müşahidə olunmağa başlayan Altsheymer xəstəliyindən vəfat edib. Müalicəsi olmayan xəsətlik beyin hüceyrələrini tədricən məhv etməklə pasientin ölümünə səbəb olub. Bu xəstəlikdən əziyyət çəkən insalar, adətən yaddaş zəifliyi, reallıq hisinin itirilməsi və ətrafdakı insanları tanımamaqla seçilirlər. 1994-cü ildə “Altsheymer” diaqnozu qoyulan Ronald Reyqan 2004-cü il iyunun 5-də Los-Ancelesdəki evində bu xəstəlikdən vəfat edib.  


Amerikalı riyaziyyatçı, 1994-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən Con Neş (d. 1928) də şizofreniya xəstəlyindən əziyyət çəkib. Gənc yaşlarında özünü büruzə verməyə başlayan şizofreniya əlamətləri sonralar Neşin kənar səslər eşitməsinə və heç zaman mövcud olmayan insanları ətrafında görməsinə səbəb olub. Həyat yoldaşının təkidi ilə psixoloji müalicə alan alim həkimləri aldadaraq özünü sağlam adam kimi göstərsə də, azadlığa çıxdıqdan sonra verdiyi müsahibələrində hələ də paranoyadan əziyyət çəkdiyini etiraf edib. Con Neşin həyat yoldaşı Lüsiya da ahıl yaşlarında “paranodial pozğunluq” diaqnozu ilə müalicə alıb.  

 

Böyük Britaniyanın mərhum baş naziri Marqaret Tetçer (1925-2013) istefaya çıxdıqdan 10 il sonra əqli çatışmazlıqdan əziyyət çəkməyə başlayıb. İlk dəfə 2000-ci ildə özünü büruzə verən əqli çatışmazlıq əlamətləri sonralar “Altsheymer” xəstəliyinin ilkin əlamətləri kimi təsdiq olunub. Bu əlamətlər “dəmir ledi”nin yaşadığı evin ünvanını tanımaması, mərhum yoldaşının öldüyünü xatırlamaması və özü-özüylə danışmasından müşahidə etmək olurdu. “Altsheymer” xəstəliyi inkişaf edərək 2013-cü il aprelin 8-də tanınmış xanım siyasətçinin həyatdan köçməsinə səbəb olur.     


Dahi alman filsoofu Fridrix Nitşe (1844-1900) ömrünün son illərini ruhi-əsəb xəstəxanasında keçirib. 1889-cu ildə 45 yaşlı Nitşe atın öz sahibi tərəfindən şallaqlanmasının şahidi olur. Həmin andan etibarən onda şizofreniya əlamətləri meydana gəlir. Həkimlərin “mozaiok şizofreniya” diaqnozu qoyduqları Nitşe atlarıl qucaqlamağa, öz ayaqqabısından çaxır içməyə və qabağına çıxan pişikləri boya ilə rəngləməyə başlayır. Ömrünün son illərində iflic olan filosof nə danışa, nə də hərəkət edə bilmir. O, 1900-cu il avqusutn 25-də dünyasını dəyişir.  


Almaniyanın ən tanınmış bəstəkarlarından olan Robert Şuman (1810-1856) isə manyakal-depressiv psixozdan əziyyət çəkib. İlk dəfə 23 yaşında ağır depressiyaya düşən bəstəkar sonrakı illərdə psixozun ağır formasından əziyyət çəkib. O, stollarla danışdığını, eşitdiyi səsləri gördüyünü, artıq dünyalarını dəyişmiş Motsart və Bethoveninin qəbirdən ona musiqi əsərlərini diktə etdiyin və s. iddia edirdi. 1853-cü ildə Şuman özünü çaya ataraq intihar etməyə cəhd göstərsə də yaxınlıqdakı balıqçılar tərəfindən xilas edilir. Bundan sonra psixiatrik xəstəxanaya yerləşdirilən bəstəkar 1856-cı il iyulun 29-da vəfat edib.

Vüqar İsmayılov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir