Modern.az

ABŞ silahlarının İrandan asılı qüvvələrə verilməsinə niyə göz yumur? – SƏBƏBLƏR

ABŞ silahlarının İrandan asılı qüvvələrə verilməsinə niyə göz yumur? – SƏBƏBLƏR

8 Yanvar 2015, 22:04

 

İraq hakimiyyəti ABŞ-dan aldığı silahları ölkədə fəaliyyət göstərən İrana bağlı şiə qruplaşmalarına satır. Modern.az-ın məlumatına görə  nüfuzlu “Bloomberg” agentliyi ABŞ senatorlarına istinadən bu məlumatı yayıb.

Məlumata görə Vaşinqton İraqın atdığı addımlardan xəbərdar olsa da, bunu iki şərdən daha kiçiyi hesab edir. İddiada bildirilir ki, ABŞ-ın loyallığının səbəbi İraqdakı şiə qruplaşmalarının “İslam dövləti”nə (əvvəlki adı İŞİD-red)  qarşı mübarizədə effektiv vasitə olduğunu nəzərə almasıdır.  

"Əgər ABŞ İraq hərbçilərinə silah verilməsini dayandırsaydı, vəziyyət daha pis olardı. Bu zaman “İslam Dövləti” döyüşçüləri ölkənin daha çox hissəsini tutacaqdılar və öz pisliklərini geniş miqyasda tələb edəcəkdilər”,-deyə məlumatda qeyd edilir.   

ABŞ senatoru sözügedən agentliyə bildirib ki, İraq ordusu İranın təsiri altında olan şiə cərəyanına məxsus qüvvələrin yardımı ilə “İslam Dövləti” nə qarşı mübarizə aparır.  

Aqşin Kərimov


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?