Modern.az

Yanukoviçlə birgə 5 min adam Ukraynadan qaçıb

Yanukoviçlə birgə 5 min adam Ukraynadan qaçıb

9 Yanvar 2015, 11:29


Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə birgə onun ailəsi və yaxın silahdaşları da daxil olmaqla daha 5 min adami Rusiyaya qaçıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yanukoviç hazırda Moskva ətrafındakı Rublyovkada, “Landşaft” kotec qəsəbəsində yaşayır. Vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan keçmiş baş nazir Nikolay Azarov ailəsi ilə birlikdə Moskva ətrafına sığınıb. Onun oğlu Aleksey “Monolit” klub qəsəbəsində ev alıb. Orada yaşayış yerinin qiyməti 8 milyon dollardır. Burada Eduard Fatxullina məxsus 4 min kvadratmetr ərazi də alınıb. O, Alekseyin arvadı Liliya Azaraovanın atasıdır.

Ukrayna Milli Bankının keçmiş rəhbəri və baş nazirin keçmiş birinci müavini Sergey Arbuzov “MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin iqtisadi və sosial-mədəni inkişafı üzrə araşdırmalar mərkəzi” assosiasiyasına rəhbərlik edir. Təşkilat Sankt-Peterburqda qeydiyyata alınıb. Onun bu şəhərdə mənzili də var. Ötən il noyabrın axırlarında Kiyevin Peçerski məhkəməsi Arbuzovun və onun arvadının 200 milyon qrivnalıq hesabına üç gün həbs qoyub. Sonradan hesaba gizli şəkildə yenidən həbs qoyulub. Arbuzov BTB telekanalının yaradılması zamanı 120 milyon qrivna mənimsəməkdə təqsirli bilinir. Onun Moskvada mənzil var.

Keçmiş prezidentin böyük oğlu Aleksandrın dostu və biznesmen Sergey Kurçenko Moskva ətrafındakı “Serebryanıy boy” qəsəbəsində elit mənzil icarəyə götürüb. Keçmiş prezidentin Ukraynadakı bütün biznesi onun adına rəsmiləşdirilmişdi.

Prezident Administrasiyası rəhbərinin müavini olan Andrey Portnov da Moskvada yaşayır. Orada vəkillik kontoru yaradıb və rusiyalı biznesmenlerə Ukraynada iş qurmaqda yardım edir. Portnov indi İsveçdə yaşamağı planlaşdırır. 2014-cü ilin axırlarında şengen kiçik vizası alıb. Bu il yanvarın 3-də isə İnterpol-un Fransanın Lion şəhərindəki mənzil-qərargahı qarşısında şəkil çəkdirərək Facebook səhifəsində yerləşdirib.

KİV-də verilən məlumata görə, 2014-cü il fevralın 18-22-də Kiyevdə fəalların kütləvi öldürülməsini sanksiyalaşdırmaqda şübhəli bilinən keçmiş baş prokuror Viktor Pşonka Qazaxıstan vətəndaşlığı alıb. Onun oğlu Artyom Pşonkanın da bu ölkə vətəndaşlığı aldığı bildirilir. Ancaq hər ikisi bu məlumatları təkzib edirlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi