Modern.az

Qurban Yetirmişli: “Bakının zəlzələ təhlükəsi Xəzərdəki ocaqlardan gəlir”

Qurban Yetirmişli: “Bakının zəlzələ təhlükəsi Xəzərdəki ocaqlardan gəlir”

İqtisadiyyat

9 Yanvar 2015, 15:03


Yanvarın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı xəbərə görə, hadisə gecə saat 03:00-da Ordubad ərazisində baş verib. Zəlzələnin maqnitudası 4,3, dərinliyi 5 km olub. Yeraltı təkanlar  hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Modern.az saytına bölgədəki seysmik vəziyyəti ilə bağlı açıqlama verib: “Hazırda Ordubada zəlzələ fon səviyyəsindədir. Zəlzələdən sonra xırda təkanlar, afterşoklar qeydə alındı. Heç bir dağıntı, tələfat qeyidə alınmayıb. Təkanlar qonşu dövlətlərdə hiss olunmayıb. Zəlzələnin dəqiq vaxtını demək mümkün deyil. Çünki Azərbaycan seysmogen bölgədə yerləşir. Elə gün olmur ki, ölkədə 7-8 yeraltı təkan qeydə alınmasın. Onların içində gücü bir az artıq olan və hiss olunan zəlzələlər də olur, bu da normaldır”.

Hazırda paytaxtın sesysmik durumunu qiymətləndirən Qurban Yetirmişli deyib: “Bakının təhlükəsi Xəzər dənizindəki ocaqlarından gəlir. Abşeronun quru sahəsində zəlzələ ocağı yoxdur. Xəzər dənizində daima aktiv təkanlar qeydə alınır”.

Yeganə Oqtayqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi