Modern.az

Fransadakı “Azərbaycan evi”nin rəhbəri: “Terrorçuların olduqları yerdə yaşayış yoxdur”

Fransadakı “Azərbaycan evi”nin rəhbəri: “Terrorçuların olduqları yerdə yaşayış yoxdur”

9 Yanvar 2015, 16:05


“Burdakı hadisələr hər birimizi şoka salıb. Dövlət çərçivəsində təhlükəsizlik tədbirləri görülüb. Metro çıxışlarında, insanların sıx olduğu ərazilərdə polis keşik çəkir.
Təbii ki, hər kəs vahimə içərisindədir. Qeyri-rəsmi məlumatlara görə Fransada 7-8 min azərbaycanlı yaşayır. Fransa hökuməti nəinki, azərbaycanlıların, eləcə də bütün insanların təhlükəsizliyinin təmin olunmasına çalışır”.

Bu barədə Modern.az-a Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva məlumat verib.

O, bildirib ki, hadisəni törədən şəxslərdən ikisi hazırda Parisdə bir zavodun içərisində gizləniblər və silahlıdırlar: “Onlar heç cür təslim olmaq istəmir. Polisi özlərini öldürəcəklərilə hədələyirlər”.

 Mirvari Fətəliyeva qeyd edib ki,  bu barədə Fransa radioları məlumat yayıb.

Onun sözlərinə görə, həmin zavod yerləşən ərazi boşluq bir yerdir, cəmi iki şirkət yerləşir. “Demək olar ki, ətrafda yaşayış yoxdur. Ümid edirik ki, onlar tezliklə zərərsizləşdiriləcək”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır