Modern.az

Dağlıq Qarabağ separatçıları “Avropa Çempionatı”na gedirlər

Dağlıq Qarabağ separatçıları “Avropa Çempionatı”na gedirlər

9 Yanvar 2015, 16:08

Azərbaycanın işğal alıtndakı torpaqlarında yaradılan “Dağlıq Qarabağ Respublikası” adlı separatçı qurum 2015-ci ilin yayında tanınmamış dövlətlər arasında keçiriləcək “Avropa Çempionatı”nda iştirak edəcək. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ilin yayında Böyük Britaniyaya məxsus Men adasında keçiriləcək “turnir”ə Avropanın 12 separatçı bölgəsindən olan yığma komandalar gedəcək.

Dağlıq Qarabağdan başqa, turnirdə Cənubi Osetiya, Abxaziya, Oksitaniya, Padaniya, Şimali Kipr, Laplandiya, Nitsa qraflığı, Frankoniya, qaraçılar, sekey macarları və ev sahibi Men adasının futbol üzrə “yığma komandaları” iştirak edəcək. Krım, Monako və Şimali İtaliyanın 8 bölgəsindən olan “komandalar” isə turnirdə iştirak edə bilməyəcəklər.

Oyunların püşkü fevralda, görüşlər isə iyun ayında keçiriləcək.

Xatırladaq ki, tanınmamış dövlətlər arasında ilk “dünya çempionatı” 2014-cü ilin iyununda İsveçin Estersund şəhərində keçirilib. Həmin turnirdə Nitsa qraflığı “çempion” adı qazanıb.

Vüqar İsmayılov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir