Modern.az

Fransadakı azərbaycanlılar bəyanat verdi

Fransadakı azərbaycanlılar bəyanat verdi

9 Yanvar 2015, 16:55


Bəyanat barədə Modern.az-a “Azərbayacn Evi”nin rəhbəri Mirvari Fətəliyev məlumat verib.

Bəyanatda deyilir: Azərbaycan icması bildirir ki, Fransada baş verən bu barbarlıq aktı demokratiya və ifadə azadlığına qarşı bir hücumdur. Biz kəskin şəkildə 7 yanvar 2015-ci ildə “Charlie Hebdo”a qarşıtörədilmiş misli görünməmiş zorakılıq terror hadisəsini pisləyirik.

“Charlie Hebdo” qəzetinin əməkdaşlarına qarşı törədilən bu qanlı akt bizi şok etdi.   Biz zərərçəkənlər və onların ailələri ilə həmrəy olduğumuzu bildiririk. Respublika, demokratiya və azadlıq dəyərlərinə sadiq bütün vasitələrdən istifadə edərək terror qruplarına qarşı olduğumuzu bəyan edirik.  

Hesab edirik ki, milli matəm günü hər kəs azadlıq, bərabərlik, qardaşlıq nümayiş etdirməli və respublika dəyərlərini bir daha təsdiq etmək üçün bir araya gəlməlidir.

Biz icma adından, bütün soydaşlarımız adından, cinayətləri işləyənlərin tezliklə ələ keçiriləcəyinə və məsuliyyətə cəlb olunacağına ümid edirik.  

Gülşən RAUFQIZI  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir