Modern.az

Hesablama Palatasının yoxlayacağı qurumlardan REAKSİYA

Hesablama Palatasının yoxlayacağı qurumlardan REAKSİYA

Təhsil

9 Yanvar 2015, 17:00


Hesablama Palatası 2015-ci ildə, təstiq olunmuş Audit proqmanına əsasən yoxlamalara başlayacaq.

Təsdiq olunmuş proqrama əsasən Bakı Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Arxiv İdarəsi, Azərbaycan Tibb Universiteti, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası və onun tabeliyində olan səhiyyə müəssisələrində və s. qurumlarda  yoxlamalar aparılacaq. Qeyd edək ki, qanunvericiliyə əsasən Hesablama Palatası audit edədcəyi quruma prosesə başlamazdan ən azı 10 gün öncə rəsmi məktubla müraciət edir.  Bəs, yoxlanacaq qurumların bundan xəbəri varmı?  

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bildirib ki, ümumiyyətlə Hesablama Palatasının aparacağı yoxlamalardan xəbərsizdir və bu barədə ilk dəfə bizdən eşidir.  

Azərbaycan Tibb Universitetinin mühasibatlığının əməkdaşı Şəfəq Qasımovanın sözlərinə görə, hər il plan üzrə ya Maliyyə Nazirliyi, ya da Hesablama Palatası yoxlamalar aparır: “Bu il bildiyim qədəriylə yoxlamaları Hesablama Palatası həyata keçiriəcək. Bu barədə universitetə hər hansı məlumat daxil olmayıb. Bu barədə məlumatı mətbuatdan oxumuşuq”.  

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə qeyd edib ki, Hesablama Palatasının həyata keçirəcəyi yoxlamalardan xəbərdardırlar: “Təbii ki, yoxlamalar barədə məlumatlıyıq”.

Qeyd edək ki, Palatanın 2015-ci ilin İş Planı üzrə nəzərdə tutulmuş aşağıdakı nəzarət tədbirləri ilə bağlı Audit proqramları aşağıdakı kimi təstiq edilib:

“Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair;  Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, “Azərbaycan Gəncliyi 2011-2015-illərdə” Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərə ayrılan vəsaitlərin istifadəsinə dair;

Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə ayrılmış vəsaitlərin istifadəsinə dair; Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Tibb Universitetinə ayrılmış vəsaitlərin  və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair;

Dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin icrasına dair”.  

Gülşən RAUFQIZI    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır