Modern.az

“Əl-Qaidə” Paris terrorunda əli olduğunu təsdiqləyib

“Əl-Qaidə” Paris terrorunda əli olduğunu təsdiqləyib

10 Yanvar 2015, 06:39

Parisi gərginlikdə saxlayan terrorçuların yerləşdikləri binalara hücum barədə qərar Fransa prezidenti Fransua Olland tərəfindən qəbul olunub. Bu barədə Fransanın TF-1 televiziyasında çıxışı zamanı Baş naziri Manuel Vals məlumat verib.
Baş nazir Fransaya qarşı yeni terror hücumlarının mümkünlüyünü istisna etməyib.

Fransa prezidenti Fransua Olland xalqa xüsusi müraciətində fransızları bazar günü keçiriləcək respublika yürüşündə iştirak etməyə səsləyərək deyib: ”Mən də orada olacağam”.

Fransa xüsusi xidmət orqanlarının yanvarın 9-da keçirdikləri əməliyyatlar zamanı "Charlie Hebdo" satirik jurnalının redaksiyasına hücum zamanı 12 nəfəri qәtlә yetirmәkdә şübhәli bilinәn Sәid vә Şәrif Kuaşi qardaşları, habelə Parisdəki әrzaq mağazasında insanları girov götürən IŞID terror tәşkilatınin üzvü Amedi Kulibali öldürülüb.

Bu arada “Əl-Qaidə” beynəlxalq terror təşkilatı Paris hadisələrində əlinin olduğunu təsdiq edib.

”Ria-Novosti”nin xəbərinə görə, “Əl-Qaidə”nin Yəməndəki qolunun üzvlərindən biri qruplaşmanın “Şarli-Hebdo” jurnalının redaksiyasına edilən hücuma rəhbərlik etdiyini təsdiqləyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir