Modern.az

Cinsi həvəsi artıran ədviyyatın 12 FAYDASI

Cinsi həvəsi artıran ədviyyatın 12 FAYDASI

Aktual

10 Yanvar 2015, 22:03


Xardal dünyada ən populyar və geniş istifadə olunan ədviyyatlardan biridir. Bu ədviyyat kələmçiçəyi fəsiləsinə aid olan birillik, hündürlüyü yarım metrə qədər olan bitkidən hazırlanır.

Modern.az-ın məlumatına görə, xardaldan hələ bizim eramızdan əvvəl istifadə olunub. Müasir dövrdə də xardalın faydalı xüsusiyyətlərindən bir çox xəstəliklərin müalicəsində, xüsusilə orqanizmin möhkəmlənməsində istifadə edilir.

Xardal istilik gətirmə xüsusiyyətinə malik olduğundan soyuqdəymə xəstəlikləri və onların profilaktikası üçün effektli bir vasitədir.

Bu ədviyyat iştəhanı artıtrır, həzm prosesini yaxşılaşdırır, maddələr mübadiləsini normallaşdırır.

Müalicəvi xüsusiyyətlərinə görə xardal qaraciyər və öd kisəsi xəstəliklərinin öhdəsindən gəlməyə kömək edir.

Ağrıkəsici xassəyə malikdir.

Görmə qabiliyyətinə müsbət təsir göstərir.

Sidikqovucudur.

Qəbzliyi aradan qaldırır.



Xardalın əsas faydalarından biri onun antiseptik qida məhsulu olmasıdır ki, o orqanizmdə olan mikrobları məhv etmək gücünə malikdir.

Xardaldan ürək-damar sistemi xəstəliklərinin, hipertoniyanın, aterosklerozun profilaktikasında istifadə edirlər.

Xardaldan saç yumaq üçün də istifadə olunur. O saç tökülməsinin qarşısını alır, saçlara parlaqlıq verir və onları möhkəmləndirir.

Xardalın sinir sistemi üçün də faydası mövcuddur. O beynin qan dövranını yaxşılaşdırır, zehni iş qabiliyyətinin məhsuldarlığını artırır, yaddaşı möhkəmləndirir.

Xardalın başlıca faydalı xüsusiyyətlərindən biri cinsi həvəsi artırmasıdır. Müntəzəm olaraq xardaldan istifadə edildikdə potensiya güclənir, cinsi fəallıq artır. İstər kişilərin, istərsə də qadınların cinsi fəaliyyətinə müsbət təsir göstərən xardaldan sonsuzluğun müalicəsində də istifadə olunur.

Xardalın faydalarından bəhrələnmək üçün onu az miqdarda gündəlik qida rasionuna daxil etmək məsləhət görülür. Müalicəvi məqsədlə istifadə üçün isə həkimlə məsləhətləşmək mütləq vacibdir. Çünki xardaldan düzgün istifadə edilmədikdə o orqanizmdə ciddi xoşagəlməz halların yaranmasına səbəb ola bilər.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!