Modern.az

Xorvatiyada qadın prezident seçilib

Xorvatiyada qadın prezident seçilib

12 Yanvar 2015, 09:45


Yanvarın 11-də Xorvatiyada prezident seçkilərinin ikinci turu keçirilib. Ölkənin 1-ci şəxsi olmaq uğrunda hazırki prezident, Sosial-Demokrat Partiyasının üzvü İvo Yosipoviç və Xorvatiya Demokratiya Birliyi Partiyasının nümayəndəsi, sabiq xarici işlər naziri xanım Kolinda Qrabar-Kitaroviç mübarizə aparıblar.

Qeyd edək ki, seçkilərin dekabrın 28-də keçirilmiş birinci turunda namizədlərdən heç biri seçicilərin səslərinin 50 faizindən çoxunu toplaya bilməmişdi.

Xarici KİV-lərin məlumatına görə, İPSOS PULS institutunun apardığı exit-pollun nəticəsinə əsasən, sabiq xarici işlər naziri xanım Kolinda Qrabar Kitaroviç Xorvatiyanın prezidenti vəzifəsinə seçilib. Beləki, səslərin 51,4 faizini 46 yaşlı xanım Kolinda Qrabar Kitaroviç, 48,6 faizini isə 57 yaşlı sosial-demokrat İvo Yosipoviç toplayıb.

Rəsmi nəticələr bu axşam açıqlanmalııdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı