Rusiyanın baş naziri Vladimir Putin Kamçatka yarımadası yaxınlığında bir qrup mütəxəssislə birgə çıxdığı səyahətdə soyu tükənməkdə olan nəhəng bir balinanı oxla vurub. Baş nazir balinanın elmi araşdırma üçün vurduğunu bildirib. Modern.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb.
Jurnalistlərin bu hərəkətlərin təhlükəli olub-olmadığını soruşmasına cavabında Putin deyib: “Yaşamaq onsuz da təhlikəli bir işdir. Amma mən heç bir şeydən qorxmuram. Təhlikəni sevirəm”.
Qeyd edək ki, Putin vaxtaşırı qeyri-adi hərəkətləri ilə publikanı təəccübləndirir.