Modern.az

Qərbdən Putin üçün yeni TƏHLÜKƏ: “Rusiya 15 milyard dollar itirəcək”

Qərbdən Putin üçün yeni TƏHLÜKƏ:  “Rusiya 15 milyard dollar itirəcək”

Dünya

12 Yanvar 2015, 16:43

Dünya birjalarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması prosesi davam edir. Təbii ki, bu, qazın qiymətinə də öz mənfi təsirini göstərir.

Neftin və qazın qiymətinin ucuzlaşması dünya enerji bazarında mühüm yer tutan və Rusiya üçün böyük maliyyə itkisidir. Qərbin sanksiyaları nəticəsində Rusiyada iqtisadi böhranın yaranması nəzərə alınsa, demək olar ki, enerji sahəsindəki ucuzlaşmalar da Moskva üçün xoş perspektivə gətirib çıxarmayacaq.  

Mövzu barədə Modern.az saytına danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban bildirib ki, qaz artıq Avropa və Asiya bazarlarında ucuzlaşıb. İlham Şaban vurğulayıb ki,  qazın qiyməti neftə və neft məhsullarına bağlı olduğundan Rusiya  son 2 rübdə qiymətlərini 50% itirib.

“Ancaq qazın qiymətinin ucuzlaşması neftin qiyməti qədər olmur. Məsələn, “Qazprom” 2015-ci ilin 1-ci rübü üçün mavi yanacağın qiymətinin 9-12 faiz ucuzlaşacağını bildirib. Bu da hər bir ölkə üzrə müxtəlif danışıqlar və müqavilə şərtlərinə görə edilir”,-deyə eksperti bildirib.  

Onun sözlərinə görə Rusiya bir ildə xaricə  150 milyard kubmetr qaz satır. İlham Şaban söyləyib ki, qazın qiymətinin 10-12% aşağı düşməsi “Qazprom”un gəlirlərinin 15 milyard dollara qədər azalması deməkdir.  

Aqşin Kərimov  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı