Modern.az

Vatikanı partlatmaq üçün 4 terrorçu Avropaya yollanıb - Kəşfiyyat İDDİASI

Vatikanı partlatmaq üçün  4 terrorçu Avropaya yollanıb - Kəşfiyyat İDDİASI

12 Yanvar 2015, 17:43

ABŞ və İsrail xüsusi xidmət orqanları Roma Papasına terrorçuların növbəti hədəfi ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusi xidmət orqanları “İslam dövləti”nin lideri Əbu Bəkr əl-Bağdadinin və onun döyüşçülərinin Vatikana zərbə vurmaq üçün Avropaya mühacir adı altında 4 terrorçu göndərdiyini müəyyən edib.

İtaliya kəşfiyyatı “Mossad” və Mərkəzi Kəşfiyyat İdarəsinin Romaya hadisələrin gələcək inkişaf ssenarilərini nəzərdə tutan analizlər göndərdiyini yazıb.

Kəşfiyyat xidmətinin nümayəndələri Vatikanın və Roma Papası I Fransiskin terrorçular üçün çoxdan hədəf çevrildiyini qeyd edir.
“İslam dövləti”nin lideri Əbu Bəkr əl-Bağdadi ötən ilin iyulundakı çıxışında “Romanı fəth” etmək planlarının olduğunu deyib. “Mossad” və Mərkəzi Kəşfiyyat İdarəsinin son hesabatlarında Vatikan mümkün terror hədəfi kimi qeyd olunsa da, İtaliya Daxili İşlər Nazirliyi katoliklərin dini mərkəzinə konkret terror hədəsinin olmadığını deyir.

Almaniyanın “Bild” qəzetinin məlumatına görə, Amerika Təhlükəsizlik Agentliyi Parisdəki terror aktının Avropadakı silsilə teror akrtlarının ilki olduğunu müəyyən edib. Amma terorçuların konkret planları barədə məlumat yoxdur.

“Hələ ötən ilin avqustunda amerikalı general Maykl Flin çıxışında “Bu tip terror aktları bizi təəccübləndirməməlidir. Biz başqa terror katlarının da şahidi olacağıq”, - deyə xəbərdarlıq edib. Britaniyanın “Mİ-5” xidmətinin rəhbəri Endryu Parker isə “çoxsaylı insan ölümlərinə yol açacaq terror katlarının baş vermə ehtimalı yüksəlib”, - deyə xəbərdarlıq edib. Sərnişin təyyarələrinin terror hədəfi ola biləcəyi xüsusi vurğulanır.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir