Ötən gün Azərbaycan Ordusunun bir əsgəri minaya düşərək yaralanıb. ANS-in Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Ağdamın işğal altında olan Yusifcanlı kəndi yaxınlığında baş verib.
Yaralı əsgər hərbi hospitala çatdırılıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
1991-ci il təvəllüdlü O. Mirzəyev 2009-cu ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.