Modern.az

Nüfuzlu beyin mərkəzindən Qarabağ PROQNOZU: “Azərbaycan vəziyyəti dəyişməyə çalışacaq"

 Nüfuzlu beyin mərkəzindən Qarabağ PROQNOZU: “Azərbaycan vəziyyəti dəyişməyə çalışacaq"

14 Yanvar 2015, 18:35

ABŞ-ın məşhur “Stratfor” Qlobal Analitik Mərkəzi 2015-ci ildə  Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu il atılacaq addımları proqnozlaşdırıb.

Modern.az saytının məlumatına görə siyasi tədqiqat mərkəzinin hesabatında 2015-ci ildə Azərbaycanın Qarabağ problemi ətrafında yaranmış  status-kvonu dəyişmək üçün fəallıq göstərəcəyini bildirib.

“Stratfor” hesab edir ki, sərhəddəki gərginlik iri miqyaslı hərbi əməliyyatlara gətirib çıxarmayacaq. Qlobal beyin mərkəzi belə bir tezis irəli sürüb ki, Rusiyada yaranmış iqtisadi problemə görə Kreml Dağlıq Qarabağ münaqişəsinin həllinə qarışmayacaq.   Bununla belə vurğulanıb ki, Ukrayna məsələsinə görə Rusiya ilə Qərb arasında yaranmış gərginlik post-sovet ölkələrinə yayılacaq.  

“Stratfor” Rusiya iqtisadiyyatının perspektivi ilə bağlı Avrasiya İqtisadi İttifaqının fəaliyyətə  Başlaması fonunda da açıqlama verib. “Avrasiya İttifaqına üzv ölkələrə  Rusiyadakı iqtisadi böhranı təsir edəcək. İqtisadi zəifləmələr tamamilə mümkündür ki, sosial etirazlar üçün səbəb olacaq. Rusiya iqtisadiyyatı 2015-ci ildə də yaxşılaşmayacaq. İqtisadiyyatda böhran davam edəcək”,deyə hesabatda qeyd edilib.  

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir