Modern.az

“Perincek işi”, fransız Maxime və bir terrorçu erməninin “münnəcimliyi”

 “Perincek işi”, fransız  Maxime və bir terrorçu erməninin  “münnəcimliyi”

15 Yanvar 2015, 09:58

Bu yazımda mən ermənilərin  “Soyqırım ortaqçısı” adlandırdıqları   fransız Maxime Gauindən bəhs etmək istəyirəm.  Fransada məlum terror olayları baş verəndə təbii ki,  mən də məsələyə fransız qala bilmədim. Və yadıma ilk növbədə  fransalı tədqiqatçı düşdü. Ona başsağlığı verdim. Sinəsini qabağa verib erməni saxtakarlıqlarını ifşa edən  və buna görə son illər başı min  bəlalar çəkən Maxime Gauinle 2011-ci ilin aprelində  Türkiyənin  Mərsin şəhərində bir konfransda  tanış olmuşduq. Maxime arıq, çəlimsiz bir gənc alimdi, danışanda adamları çox da cəlb etməyən danışıq tərzi var. Amma bu illər ərzində ermənilərlə bizdən də  çox vuruşub. Onu ermənilər məhkəməyə çəkiblər, adını “soyqırım ortaqçısı “ qoyublar, terrorla hədələyiblər...amma sındıra bilməyiblər. Çünki Maxime  yaxşı bilir və ciddi araşdırmalar apararaq o qənaətə gəlmişdir ki, “erməni soyqırımı” deyilən uydurma iddiaların heç bir əsası yoxdur.  Yalandır. Bir erməni uydurmasıdır. Mersindəki dəyərli məruzəsindən sonra  mən də Türkiyənin və dünyanın ən məşhur ermənişünas alimləri də onu sevdik. Və onunla dost olduq, bir çox konfranslara sonra da birgə qatıldıq.  Maxime Azərbaycanı da çox sevir və Azərbaycanın Qarabağ dərdinin olduğunu da, oranı ermənilərin həyasızcasına işğal etdiyini  bilir və ona da biganə qalmır. Azərbaycana hələ ki, gəlmək fürsəti olmayıb. 

Ermənilərin iddia etdikləri “erməni soyqırımı” və digər məsələlərə baxışı o qədər dəqiq və elmidir ki, ermənilər onun qarşısına fakt çıxarda bilmirlər. Biz, yəni türklər  “erməni məsələsi” ilə bağlı hər hansı fikir yürüdəndə bizə tərəfli gözlə baxırlar. Deyirlər siz onsuz da belə danışacaqsınız. Maximeyə isə bunu deyə bilmirlər. Çünki o bir fransızdır, ermənilər onun yazıları ilə bağlı fikir yürüdərkən söyüş söyürlər Maximə. Söyüş söyməyin acizlik əlaməti olduğunu biz də bilirik,   Maxime də bilir.

 Son illər ermənilər onu bir qədər “elmi işdən” ayırıb məhkəmələrə çəkirlər. Başını qatıblar. Fransada yaşayan ,  bir vaxtlar ASALA terror təşkilatının mətbuat katibi olmuş  Ara Toronyan adlı bir erməni  Maximeni Azərbaycana və Türkiyəyə işləməkdə suçlamaqdadır. Kimdir Ara Toronyan ? 1982-ci ildə Fransanın paytaxtı Parisin Orli hava limanında Türk Hava Yolları stendinə erməni terror təşkilatı ASALA tərəfindən edilən və ölümlərə səbən olan terroru gerçəkləşdirən, sonra isə fransız məhkəmələri tərəfindən  göz altına alınan və bu aşkar cinayətə “dəlillərin yetərsizliyi”adı qoyularaq sərbəst buraxılan terrorisdir Ara Toranyan.  20 ildir fransızca nəşr edilən “Armenews”adlı ermənipərəst jurnal və internet saytında  Türklüyü aşağılamaqla məşğuldur.

  Maximenin 1915 hadisələri üçün "soyqırımı" deyilməsinə qarşı olması keçmış terrorçunu, indiki erməni ideoloqunu razı salmır. Bu şəxsin bir fransız olması onu lap əsəbiləşdirmiş və  gənc fransız tarixçi Maxime Gauini təhqir etmişdi. Bu azmış kimi ona qarşı  bir məhkımə iddiası da açılmışdı.  Maxime qondarma “erməni soyqırımı” məsələsinin bir erməni yalanı olduğunu cəsarətlə demiş və yazmışdı.

  Onun bir məqaləsində kiçik bir hissəni təqdim edirəm. "Bu iddia, (yəni ermənilərin “soyqırımı” iddiası- Qafar Çaxmaqlı)  Yəhudi soyqırımını inkarı ilə bağlı qanuni düzənləmələrlə açıq bir şəkildə fərqlidir. Holokost inkarçıları, Nuremberg Beynəlxalq Hərbi Cəza Məhkəməsi Nizamnaməsinin 6-cı maddəsinin C bəndinə uyğun olaraq beynəlxalq məhkəmələrin açıq hökmləriylə  cəzalandırılırlar.

 “Erməni məsələsi”  ilə bağlı beynəlxalq məhkəmə təşəbbüsü, Britaniya hökuməti tərəfindən Maltada reallaşdırılmış və tam mənasıyla müvəffəqiyyətsizliklə nəticələnmişdir. 1919 - 1921 illərdə reallaşdırılan və iki ildən çox davam edən araşdırma sonrasında Maltada tutulan 144 Osmanlı  böyükləri əleyhinə  heç bir dəlil tapılmamışdır, ələ keçən Osmanlı vesiqələrində bariz bir şəkildə qırğına səbəb ola biləcək hərəkətlər olmadığı təsbit edilmişdir ,yer dəyişdirən ermənilərin  hətta mühafizə edildiyi görülmüşdür. Əgər soyqırım olduğuna dair hər hansı bir dəlil mövcud olsaydı, bu fürsəti  İngilislər əldən verməzdilər. Osmanlı idarəçilərinə bəraət verilməzdi. “  Mənim fransız dostum göründüyü kimi, bu məsələyə fransız qalmamışdır.

Toronyan kimilərinə görə  isə bunu söyləmək,  iddia etmək suçmuş... İsveçrədə, Fransada ifadə azadlığına zidd olan bu iddialar onsuz da qanunlaşmayacaq. Maxime Gauin,  keçən il Ara Toranyana təhqir etdiyinə görə məhkəmə  iddiası açdı. Armenews internet saytı məhkum edildi.  Onlar da  Maxime Gauin haqqında qarşılıqlı məhkəmə iddiası qaldırdılar. Daha əvvəl yazdığı məqalələrə görə Lyon Villeurbanne bələdiyyə  Məclisi üzvü erməni əsilli Movses Nisanyan tərəfindən "Nasistə" bənzədilən Maxime Gauin  yenə məhkəmədə zəfər çaldı. Movses Nisanyan pul cəzasına məhkum edildi.  Bundan sonra Fransa erməni Dərnəkləri  Federasiyası () Maximin üstünə düşdü. CCAF başkanı  Axtar Toranyan  da, Daşnak Partiyası Qərbi Avropa şöbəsinə başçılıq  edən Murad Papazyan da  onu məhkəməyə çəkdilər. Sonuncu  Fransa prezidenti Fransua Hollanda yaxınlığı ilə bilinir.

Axtar Toranyanın kim olduğunu da bilirsinizmi? 22 Aprel 1985-ci ildə, Orli hava limanına  terror hücumunda  əli olduğuna görə məhkəmə tərəfindən məhkum edilmiş, lakin apelyasiya məhkəməsi tərəfindən cəzasıdan azad edilmişdi.  Maxime Doğu Perinçek - İsveçrə   işində Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə bağlı  yazısında   ( bu məhkəmə iclası  2015-ci ilin yanvar ayında olacaq). Fransız Konstitusiya Şurasının fevral 2012-ci ildə Boyerin təqdim etdiyi layihənin 1789-cu il  İnsan Hüquqları Bəyannaməsinə zidd olduğunu ortaya qoymuş və  Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı, erməni millətçiləri üçün böyük bir zərbə olmuşdu. Məhkəmə artıq Perinçekin ifadə azadlığının pozulduğuna hökm edərək, 'irqçilik' ittihamlarını rədd etmişdi.  Ermənilər yenidən məhkəməyə baş vurmuş, bilindiyi kimi özlərinə məşhur  bir artisti belə vəkil olmağa razı salmışlar. AİHM-in bu  qərarı  əslində son illər erməni iddialarına qarşı qazanılan ən böyük zəfərdir. Bunun için mən  üzvü olduğum Tələt Paşa komitəsini,  bu işə dəstək verən insanları təbrik edirəm.  Və əlbəttə, Maxime Gauinə xüsusi təşəkkür düşür. Mən yenə deyirəm,  o təkbaşına bu işləri görə bildi.  Bu erməni millətçilərinin iddialarının nüvəsindən parçalanmasının daha əvvəl görünməmiş bir nümunəsi oldu.  Maxime Gauin  yazır və təhdidlərə rəğmən bax bu təhlükəli terrorçularla vuruşur. Terorçu erməni deyir ki, onlar bu Perincək işini geri çevirəcəklər. Əsası da odur ki, 2015 “soyqırımı”nın 100-cü ilində ermənilərin xətrinə dəyməzlər.Hətta Toronyanın “münnəcimliyi” bəzi avropalılara da sirayət etmişdir. Fransa son terror hadisəsindən sonra ağa qara deməyəcəyinə inanmaq istərdik... Terroru dəstəkləmək, ağa qara deməyin bəzən  cəzası çox ağır olur.  Bu basqında türklərlə birgə həm də fransızların ölümünə səbəb olan  Varujan Karapetyan, Monte Melkonyan terroruna  və digər qanlı olaylara qiymət verərkən ona Maximenin gözü ilə baxaydı Fransa...

 Bakı 10. 01.2015

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi