Modern.az

İslam Kərimov yenə prezidentliyə namizəd olacaq

İslam Kərimov yenə prezidentliyə namizəd olacaq

Dünya

15 Yanvar 2015, 11:29


Özbəkistanın indiki prezidenti İslam Kərimov martın 29-da keçiriləcək seçkilərdə növbəti dəfə namizədliyini irəli sürəcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Özbəkistanın Liberal-Demokrat Partiyasından məlumat verilib. Məlumatda qeyd edilir ki, 76 yaşlı Kərimovun namizədliyi artıq təsdiqlənib və partiyanın qurultayında irəli sürülüb.

İslam Kərimov 25 ildir Özbəkistanın prezidentidir. O, ölkəni faktiki olaraq 1989-cu ildən ( o zaman Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi). Kərimov 1991-ci ildə prezident seçilib (bir neçə il sonra onun prezidentlik səlahiyyətinin 2000-ci ilə qədər uzadılması ilə bağlı referendum keçirilib), 2000 və 2007-ci illərdə yenidən bu vəzifəyə seçilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı