Modern.az

Rusiya və Ermənistan rus əsgəri ilə bağlı razılığa gəldi – AÇIQLAMA

Rusiya və Ermənistan rus əsgəri ilə bağlı razılığa gəldi – AÇIQLAMA

16 Yanvar 2015, 00:10

 

Rusiya ilə Ermənistan 6 nəfər ermənini qətlə yetirən 102 saylı hərbi hissənin əsgəri Valeri Permyakovun videoya çəkilməsi ilə bağlı razılıq əldə edib. Modern.az saytı “Armenia Today” agentliyinə istinadən xəbər verir ki, razılığa əsasən Ermənistan tərəfdən bir deputat və bir nümayişçi 102 saylı hərbi bazasına girə bilər.

Bu haqda Gümrüdə Ermənistanın baş prokuroru Gevork Kostanyanın keçirdiyi müşavirədə iştirak edən deputat Zarui Postandcyan məlumat verib.  Onun sözlərinə görə Ermənistanın baş prokuroru Valeri Permyakovun istintaqının erməni tərəfinə verilməsi xahişi ilə Rusiyaya müraciət edəcək.  

Qeyd edək ki, Valeri Permyakovun erməni ailəsinin 6 nəfər üzvünü öldürməsinə etiraz əlaməti Gümrüdə etiraz aksiyası keçirilir. Aksiyada polislə etirazçılar arasında toqquşmalar olub.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir