Modern.az

Almanlar Milli Məclisdə olublar

Almanlar Milli Məclisdə olublar

Təhsil

26 Avqust 2010, 19:23

Modern.az saytı xəbər verir ki, bu gün Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycan-Almaniya Forumunun sədri, Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və Almaniya Bundestaqının üzvü Tomass Bareisslə görüşüblər.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycan – Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rövşən Rzayev görüş zamanı bildirib ki, avroatlantik məkana inteqrasiya edən Azərbaycan üçün dost Almaniyanın təcrübəsi çöx əhəmiyyətlidir. Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən millət vəkili deyib ki, rəsmi Bakı problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.

O. Hauzer isə Azərbaycana tez-tez səfər etdiyini vurğulayıb. O qeyd edib ki, əlaqələr yüksələn xətlə inkişaf edir və Almaniya parlamenti Azərbaycanla elm, təhsil, mədəniyyət sahələrindəki əlaqələrini daha da gücləndirmək niyyətindədir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb

Xəbəri Milli Məclisin Mətbuat Xidməti yayıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə